Xəbər lenti

"Türkiyənin mövcud konstitusiyası artıq əhəmiyyətini itirib".

Oxu.Az CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "1982-ci il əvəzinə 2023-cü il konstitusiya simpoziumu" kitabına yazdığı ön sözdə qeyd edib.

"Yeni konstitusiya liberal olmalı və cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir. Regionda və dünyada önəmli rol oynayan Türkiyə mövcud konstitusiyaya layiq deyil. Zamanın ruhuna uyğun, cəmiyyətə dinamizm qazandıran, Türkiyəyə layiq, sivil və demokratik konstitusiyaya ehtiyac var" , - deyə Ərdoğan qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 2 294          Tarix: 23-08-2024, 21:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma