Xəbər lenti

ABŞ Filippinə İŞİD-lə əlaqəli terrorçularla mübarizədə hərbi yardım təklif edib.

Publika.az bildirir ki, ABŞ Hərbi Hava Qüvvələri Filippin ərazisində "İslam dövləti" terror təşkilatının yaraqlılarının mövqelərinə hava zərbələri vura biləcək. Bu barədə xəbəri NBC telekanalı yayıb.

Bildirilir ki, müvafiq təkliflə Manilada keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammitində ABŞ-ın dövlət katibi Reks Tillerson çıxış edib. Hazırda tərəflərin nəzərdən keçirdikləri plana əsasən, ABŞ-ın pilotsuz uçan aparatları Filippinin cənubunda gizlənən terrorçuların mövqelərinə hava zərbələri endirəcək.

Qeyd edək ki, Filippinin prezidenti Rodriqo Duterte adıçəkilən ərazidə hərbi vəziyyət elan edib.

Bundan əvvəl ABŞ Filippinə iki “Cessna 208B” kəşfiyyat təyyarəsi, minədək raket və digər silah-sursat verib.




Ana səhifəyə qayıt        Baxış: 823          Tarix: 8-08-2017, 13:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma