Xəbər lenti

"Taliban" Qırğızıstanda qadağan olunmuş terror təşkilatları siyahısından çıxarılıb.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Qırğızıstanın Baş Prokurorluğu ölkədə fəaliyyətləri qadağan edilmiş dini-siyasi təşkilatların siyahısını dərc edib və orada "Taliban" hərəkatının adı qeyd olunmayıb.

Öz növbəsində məsələni mətbuata şərh edən Qırğızıstanın Dini Qurumlarla İş üzrə Dövlət Komissiyasının direktor müavini Azamat Yusupov bildirib ki, Əfqanıstanda baş verən siyasi dəyişiklərə görə, "Taliban" siyahıdan çıxarıla bilər.

"Siz daha ətraflı məlumat üçün ədliyyə orqanlarına və siyahını dərc edən Baş Prokurorluğa müraciət edin", - deyə o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 160          Tarix: 5-09-2024, 15:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma