Xəbər lenti

ABŞ administrasiyası İsrail rəhbərliyinin nəzərinə çatdırıb ki, ölkənin aviadaşıyıcıları həmişə bölgədə qalaraq İranın hərəkətlərini izləyə bilməz.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail televiziyasının 13-cü kanalı məlumat yayıb.

Həmçinin Birləşmiş Ştatlar İsrailin müdafiə naziri Yoav Qalantın Baş nazir Benyamin Netanyahu ilə fikir ayrılığına baxmayaraq, vəzifədən azad edilməsi planına qarşıdır.

Birləşmiş Ştatlar administrasiyası İrandan hücum və genişmiqyaslı müharibə riskini nəzərə alaraq hesab edir ki, müəyyən mərhələdə regionda eskalasiya dərəcəsi azaldılmalıdır.




Ana səhifəyə qayıt        Baxış: 3 236          Tarix: 6-09-2024, 13:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma