Xəbər lenti

Ukrayna ordusu Rusiya Federasiyası ərazisindən çıxarılmayana qədər Moskva Kiyevlə danışıqlar aparmayacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

“Ukrayna ordusunu öz ərazimizdən çıxarmayana qədər, təbii ki, onlarla heç bir danışıqlar aparmayacağıq”, - o bildirib.

Şoyqu həmçinin Ukrayna ordusunun Kursk AES-də nüvə terroru həyata keçirmək istəyini terrorizmin ən yüksək səviyyəsi adlandırıb.




Ana səhifəyə qayıt        Baxış: 3 119          Tarix: 10-09-2024, 11:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma