Xəbər lenti

Amerikanın orta mənzilli raketləri Yaponiyada yerləşdirilərsə, Rusiya tədbir görəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya XİN-in Üçüncü Asiya departamentinin direktoru Lyudmila Vorobyova deyib.

Onun sözlərinə görə, Tokioya Qərblə artan hərbi-texniki əməkdaşlığın nəticələri barədə dəfələrlə xəbərdarlıq edilib:

"Belə əməkdaşlıq nəticəsində Amerikanın orta mənzilli raketləri Yaponiyaya yerləşdirərsə, biz Yaponiya ərazisindən Rusiyaya qarşı təhlükəsizlik çağırışlarına qarşı çıxmaq üçün müdafiə qabiliyyətimizi gücləndirmək məqsədilə lazımi cavab tədbirləri görməyə məcbur olacağıq".

Vorobyova bildirib ki, cavab dövlətin uzunmüddətli strateji məqsədlərinə və maraqlarına uyğun olaraq həyata keçiriləcək.




Ana səhifəyə qayıt        Baxış: 2 644          Tarix: 22-03-2025, 23:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma