Xəbər lenti

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın paytaxtı Beyrutun cənubundakı Hadas qəsəbəsində "Hizbullah"ın hədəflərinə hücum edib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, mövqelərə iki raket zərbəsi endirilib. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Məlumata görə, hava hücumuna məruz qalan ərazilərdən insanlar əvvəlcədən təxliyə edilib.

İsrailin hava hücumu 27 noyabr 2024-cü ildə atəşkəs sazişinin imzalanmasından sonra Beyruta ilk hava hücumu olub.




Ana səhifəyə qayıt        Baxış: 3 078          Tarix: 28-03-2025, 22:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma