Xəbər lenti

"HƏMAS Qəzza zolağının idarə olunmasında heç bir formada iştirak etməməlidir".

Oxu.Az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron "France Info" agentliyinə müsahibəsində deyib.

Fransa prezidenti ərəb liderlərinin zirvə görüşündə Qəzza zolağının bərpasını nəzərdə tutan 5 illik "Ərəb planı" layihəsini tam dəstəklədiyini bildirib.

E.Makron, həmçinin qeyd edib ki, o, Qəzza və İordan çayının qərb sahilindəki əhalinin köçürülməsinə və istənilən ilhaqın qəti əleyhinədir:

"Bu, beynəlxalq hüququn pozulması və bütün regionun, o cümlədən İsrailin təhlükəsizliyinə ciddi təhdid olardı".




Ana səhifəyə qayıt        Baxış: 2 762          Tarix: 7-04-2025, 18:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma