Xəbər lenti

Hindistan və Pakistan hərbçiləri arasında atışma baş verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Hindistanın "News18" telekanalı xəbər verir.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Aprelin 22-də Cammu və Kəşmir bölgəsində terror aktı baş verib. Silahlı döyüşçülər Baysaran vadisində cığırla qalxan turistlərə avtomat silahlardan atəş açıblar.

KİV-in məlumatına görə, terror aktına görə məsuliyyəti Pakistandan əraziyə daxil olan Əfqanıstanın "Müqavimət Cəbhəsi" qruplaşması öz üzərinə götürüb.

Bu hadisədən sonra Nyu-Delhi Pakistan səfirliyinin müdafiə, hərbi dəniz və hərbi hava qüvvələri üzrə məsləhətçilərini "persona non grata" (arzuolunmaz şəxs) elan edib. Buna cavab olaraq İslamabad Nyu-Delhi ilə bütün ikitərəfli sazişlərin fəaliyyətini dayandırıb, sərhəddə yerləşən "Vagah" nəzarət-buraxılış məntəqəsini bağlayıb, Hindistan və hindistanlıların idarə etdikləri aviaşirkətlər üçün öz hava məkanını qapayıb. Bundan başqa Hindistanın ölkədəki Ali Komissarlığının müdafiə, hərbi-dəniz qüvvələri və aviasiya məsələləri üzrə məsləhətçilərini "persona non grata" elan edib. Hindistan isə Hind çayının Pakistana axınının qarşısını almaq üçün bütün su bəndlərini bağlayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 137          Tarix: 25-04-2025, 10:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma