Xəbər lenti

"Türkiyədə təbii qaz yatağı aşkar edilib".

Oxu.Az "TRT Haber" telekanalına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, "Göktepe 3" ərazisində 3 500 metr dərinlikdə 49 günlük qazma işləri yekunlaşıb:

"Biz 75 milyard kubmetr ehtiyata malik təbii qaz yatağı kəşf etmişik. Bu həcmlə mənzillərimizin ehtiyacını təqribən 3.5 il ərzində özümüz qarşılayacağıq.

Yataqdakı bütün qazın dəyəri 30 milyard ABŞ dolları qiymətləndirilir".




Ana səhifəyə qayıt        Baxış: 3 106          Tarix: 17-05-2025, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma