Xəbər lenti

ABŞ və Ukrayna nümayəndə heyətləri noyabrın 23-də Cenevrədə keçirilmiş görüşdə Vaşinqtonun təklif etdiyi 28 bənddən ibarət sülh planının böyük hissəsini razılaşdırıblar.

Oxu.Az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin sayı və əsirlərin mübadiləsi formatı ilə bağlı bəndlər, habelə Zaporojye atom elektrik stansiyası ilə bağlı bəndlər razılaşdırılıb. Bununla belə, nəşr bəndlərin yeni formullarını təqdim etməyib.

Bir neçə bənd, o cümlədən Ukraynanın ərazilərinin bir hissəsindən və NATO-ya qoşulmaqdan imtina etməsi və bunun Ukrayna Konstitusiyasında təsbit olunması ilə bağlı bəndlər ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında müzakirə üçün saxlanılıb. Planın qalan bəndlərinin razılaşdırılması üçün Tramp və Zelenski arasında görüşün tarixi müəyyən edilməyib, lakin ilkin olaraq bu və ya növbəti həftəyə planlaşdırılır.




Ana səhifəyə qayıt        Baxış: 3 180          Tarix: Dünən, 11:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma