Xəbər lenti

"Ukrayna təhlükəsizliyinə görə ABŞ-yə və Prezident Donald Trampa minnətdardır".

Oxu.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib

Dövlət başçısı qeyd edib ki, ABŞ-nin liderliyi vacibdir. Onun sözlərinə görə, Ukrayna hazırkı vəziyyətdə mümkün qədər konstruktiv qalır.

23 noyabr, 20:24

"ABŞ Ukraynaya ötürülməsi üçün NATO-ya silah satmağa davam edir, baxmayaraq ki, Kiyev Vaşinqtona bu səylərinə görə heç bir təşəkkür bildirməyib".

Oxu.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu "Truth Social"da bildirib.

"Ukrayna rəhbərliyi səylərimizə görə heç bir təşəkkür bildirməyib, Avropa isə Rusiyadan neft almağa davam edir", - o yazıb.

Tramp həmçinin münaqişənin başlamasında 46-cı ABŞ prezident Co Baydeni günahlandırıb.

"Əgər 2020-ci il prezident seçkisi saxtalaşdırılmasaydı, Ukrayna ilə Rusiya arasında müharibə olmazdı", - deyə o vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 211          Tarix: Dünən, 09:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma