Xəbər lenti

 

Ermənistanda qaz paylama sistemində itkilərin həcmi artıb.

Ovqat.com “Jogovurd” qəzetinə istinadən xəbər verir ki, kommunal xidmətləri tənzimləyən komissiyanın sənədlərinə əsasən, 2015-ci ilin birinci yarım ilində təbii qaz itkisi 19.4 faiz, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 18.8 faiz, hazırda isə artaraq 24.3 faiz təşkil edib. 
Qeyd edək ki, bu, son 5 il ərzində “Qazprom Armenia”-nın itkilərinin ən yüksək səviyyəyə qalxdığı rəqəmdir. Məlumatlara görə, əvvəlki dövrlərdə heç vaxt təbii qaz itkiləri 24 faiz göstəriciyə yaxın olmayıb. 
Qeyd edək ki, itkilər bir qayda olaraq istehlakçıların hesabına, qazın qiymətinin artırılması ilə sığortalanır./AzVision.az/



Ana səhifəyə qayıt        Baxış: 422          Tarix: 8-09-2017, 23:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma