Xəbər lenti

 Rusiya Müdafiə Nazirliyi SSRİ ilə ABŞ arasında "soyuq müharibənin" ən pik nöqtəsi sayılan Karib adaları böhranı zamanı həlak olan sovet əsgərlərinin sayını açıqlayıb.

"Report" "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu rəqəmlər ilk dəfə dərc olunur.

Nazirliyin məlumatına görə, 1962-ci ilin avqustun 1-dən 1964-cü ilin avqustun 16-dək Kubada keçirilən əməliyyatlar zamanı SSRİ-nin 64 vətəndaşı həlak olub.

Müdafiə Nazirliyinin həmin hadisələrlə bağlı şərhində qeyd olunub ki, Kubada sovet raketlərin yerləşdirilməsi ABŞ-ın İtaliya və Türkiyədə öz raketlərini yerləşdirilməsinə və Kubaya hücum etməsinə qarşı cavab addımı olub. 




Ana səhifəyə qayıt        Baxış: 650          Tarix: 9-09-2017, 10:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma