Xəbər lenti
 

Aprelin 24-də Arkanzasda  iki ölüm hökmü həyata keçirilib. Qətldə ittiham olunan Cek Harold Cons və Marsel Ueyn Uilyamın hökmü 3 saat fərqlə həyata keçirilib.
 
Bundən əvvəl bir gündə iki ölüm hökmü 2000-ci ildə həyata keçirilmişdi.
 
Qeyd edək ki, Arkanzas hökuməti aprelin sonuna kimi 8 ölüm hökmünü həyata keçirməyi planlaşdırdığını elan etmişdi. Buna səbəb isə  Arkanzasda ölüm inyeksiyası üçün istifadə olunan preparatın vaxtının bitməsidir.
 
Aprelin 21-də  Lidel Li edam olunub. Vəkillər bu hökmün ləğvinə çalışsalar da buna nail olmayıblar. Hüquqmüdafiəçilərin sözlərinə görə, təkcə preparatın müddəti bitdiyi üçün belə bir addım atmaq qanunu pozmaqdır. Onların sözlərinə görə, müdafiə etdikləri şəxsi DNT analizi etməkdən məhrum ediblər, hansı ki, bu onun təqsirsizliyini sübut edə bilərdi.
 



Ana səhifəyə qayıt        Baxış: 747          Tarix: 25-04-2017, 14:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma