Dünya İqtisadi Forumun qiymətləndirməsində “Ali təhsil və təlim” indeksi üzrə Azərbaycanın mövqeyi son 4 ildə 22 pillə yaxşılaşaraq 90-cı yerdən 68-ci yerə qədər yüksəlib.
UNEC-dən Publika.az-a verilən məlumata görə, son 4 ildə “Təhsil sisteminin keyfiyyəti” göstəricisi 69 pillə (104-cü yerdən 35-ci yerə), “İdarəetmə məktəblərinin keyfiyyəti” göstəricisi 52 pillə (124-cü yerdən 72-ci yerə), “Riyaziyyat və elmi təhsilin keyfiyyəti” göstəricisi 42-ci pillə (108-ci yerdən 66-cı yerə), “Kadr hazırlığı dərəcəsi” göstəricisi 43 pillə (94-cü yerdən 51-ci yerə), “Yerli ixtisaslaşmış təlim xidmətləri” 35 pillə (79-cu yerdən 44-cü yerə), “Məktəblərdə internetə çıxış” göstəricisi 28 pillə (69-cu yerdən 41-ci yerə) yüksəlib.
“Ali təhsil və təlim” indeksini formalaşdıran göstəricilərin illər üzrə dinamikası
İllər Göstəricilər |
2014/15- ci il |
2015/16-cı il |
2016/17-ci il |
2017/18- ci il |
2017/18-ci il 2014/15-ci illə müqayisədə |
“Təhsil sisteminin keyfiyyəti” |
104 |
107 |
72 |
35 |
69 |
“Riyaziyyat və elmi təhsilin keyfiyyəti” |
108 |
104 |
80 |
66 |
42 |
“İdarəetmə məktəblərinin keyfiyyəti” |
124 |
121 |
89 |
72 |
52 |
“Məktəblərdə internetə çıxış” |
69 |
68 |
56 |
41 |
28 |
“Yerli ixtisaslaşmış təlim xidmətləri” |
79 |
82 |
69 |
44 |
35 |
“Kadr hazırlığı dərəcəsi” |
94 |
90 |
82 |
51 |
43 |
“Ali təhsil və təlim” indeksi üzrə ümumi nəticə |
90 |
89 |
78 |
68 |
22 |
Paylaş: