Xəbər lenti

Hər həftə olduğu kimi bu həftə də ADGTT daimi tamaşaçıları və şəhərimizin qonaqları, eləcə də kiçik yaşlı tamaşaçılar üçün maraqlı repertuar tərtib etmişdir.

Teatr dekabr ayının 15-də saat 14:00-da böyük mütəfəkkir M.F.Axundzadənin "Hekayəti-Xırs quldurbasan", saat 19:00-da isə türk dünyasının ortaq qəhrəmanı "Koroğlu" dastanı əsasında hazırlanmış "Eşq-i Nigar" tamaşalarını nümayiş etdirəcəkdir.

Dekabrın 16-da axşam saat 19:00-da L.Nurenin "Mən gəldim qızlar", 17-də isə saat 19:00-da D.Fo, P.Filipponun "İtalyansayağı xoşbəxtlik" komediyasını təqdim edəcəkdir.

Heç şübhəsiz ki, teatr daimi və sevimli kiçik yaşlı tamaşaçılarını da hər zaman olduğu kimi diqqətdən kənarda qoymayıb.

Belə ki, kollektiv dekabrın 16-da saat 12:00-14:00 -də olmaqla C.Rodarinin "Çipollino", dekabrın 17-də isə C.Sviftin "Qulliver cırtdanlar ölkəsində" adlı yeni tamaşaları ilə balaca dostlarını sevindirəcəkdir.
Tamaşalarda rolları teatrın istedadlı aktyorları əməkdar Artistlər Kəmalə Hüseynova, Leyli Vəliyeva, Nübar Novruzova, Qurban İsmayılov, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Günel Məmmədova, Səbinə Məmmədova, Elşən Hacıbabayev, Anar Seyfullayev, Elnur Hüseynov, Müşfiq Əliyev, Aygün Fətullayeva, Xəyalə Meydanova və başqaları ifa edəcəklər.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı xalqımızı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni -2018-ci il münasibəti ilə ürəkdən təbrik edir və uğurlu günlər arzulayır.
Tamaşalara biletləri bütün mərkəzləşdirilmiş kassalardan və ASAN xidmət mərkəzlərindən və filiallarından əldə edə bilərsiniz.




Ana səhifəyə qayıt        Baxış: 1 269          Tarix: 13-12-2017, 18:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma