Xəbər lenti
Bu gün, 19:25

2017/2018-ci tədris ilinin qış imtahan sessiyasından başlayaraq, orta ixtisas təhsili müəssisələrində tədris kredit sistemi ilə təşkil olunacaq.

Trend-in məlumatına görə, bununla bağlı təhsil naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov Nazirlər Kabinetinin 11 yanvar 2018-ci il tarixli 9 nömrəli qərarının – «Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»nın icra olunması haqqında əmr təsdiq edib.

Əmrdə göstərilir ki, orta ixtisas təhsili müəssisələrinin rəhbərləri qərarın 2017/2018-ci tədris ilinin qış imtahan sessiyasından başlayaraq tətbiq olunmasını təmin etsinlər.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsi qərardan irəli gələn məsələləri həll etsin və digər zəruri tədbirləri həyata keçirsin.




Ana səhifəyə qayıt        Baxış: 617          Tarix: 17-01-2018, 13:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma