Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
"Mən deyərdim ki, o, bizim üçün bir abidə və nümunədir"
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov muğam ustadı Xan Şuşinski haqqında danışarkən deyib:
"Xan əmi haqqında çox şey danışmaq olar. O, şərqin böyük xanəndəsi, sözün əsl mənasında böyük sənətkar və şəxsiyyət idi. Mən deyərdim ki, o, bizim üçün bir abidə və nümunədir. Xan əmi özüylə muğama yeni bir era gətirdi, yəni ondan sonra oxumağa bir əzəmət gəldi. Eyni zamanda da "Mirzə Hüseyn" seygahına da əlavələr edib. Xan əmi həmişə novator sənətkar olub. Onun özünün bəstələdiyi mahnılar da var. O dövrdə olan xanəndələrin 99 faizi demək olar ki, Xan əminin yolunu oxumağa başlayıb.
O, xalq arasında böyük bir sevgi qazanmış sənətkar idi. Düşünürəm ki, nə qədər Azərbaycan xalqı var, onun ifaları həmişə yaşayacaq. Xan əmini bir dəfə Şuşada görmüşəm. Onun orda bir yeri var idi, insanlar orda onunla görüşüb şəkil çəkdirirdilər. Hər cəhətdən çox yaraşıqlı, əsl Azərbaycan kişisi idi".
Qeyd edək ki, bu gün mərhum Xalq artisti Xan Şuşinskinin doğum günüdür. O, 20 avqust 1901-ci ildə Şuşada anadan olub.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar