Dünyada bəzi memarlıq abidələri var ki, onlar tanınmır.
Dünyanın ən bahalı və ən ağır inzibati binası Rumıniyanın keçmiş prezidenti Nikolay Çavuşesku tərəfindən 1984-cü ildə tikilib. 12 mərtəbəli binada 3100 otaq var. 330 kvadrat metr sahəsi olan bina 3,3 milyard avroya tikilib. Binanın tikintisi üçün 30 kilsə və sinaqoqla yanaşı 30 min mənzilin dağıdılığı deyilir. Binadakı xalçalar təmir vaxtı toxunub.
1907-ci ildə inşa edilən məscid dünyada kərpiclə tikilən ən böyük binadır. Sudanda Atlantik sahilinə qədər uzanır. Ən uğurlu memarlıq layihələrindən biri sayılır. 1988-ci ildə UNESCO-nun Dünya İrsi siyahısına daxil olub. İsti və quraq havanın təsirindən çatlayan kərpiclər hər il keçirilən festivalda xalq tərəfindən gillə suvanır.
Çölün ortasında kvadrat şəklində olan bina 40 bürcdən ibarətdir. 30 metr hündürlüyündə olan bürclərin çevrələri 1500 metrə çatır. Ölkənin çox az səyahət olunan yerində yer alan bu qala haqqında bəzi pakistanlıların belə xəbəri yoxdur.
Çand baori - Hindistan
Ölkənin şimalında Racastan bölgəsində yerləşən binanın qurluşu pilləkənlərlə su quyusuna enir. 13 mərtəbədən ibarət olan pilləkənlə 30 metr dərinliyindək quyuya enirsən. Cəmi 3500 pillədən ibarət simmetrik abidə 800-900-cü illərdə Hind kralı tərəfindən tikilib.
Mostar körpüsü - Bosniya və Herseqovina
Mostar şəhərindən keçən Neretva çayı üzərində 1566-cı ildə Osmanlılar tərəfindən inşa edilən körpünü Memar Sinanın tələbəsi Memar Heyrəddin tikib. Körpü üçün 456 daş istifadə olunub. 4 metr eni, 30 metr uzunluğu və 24 metr yüksəkliyində olan körpü İslam memarlığının Balkanlarda ən təsirli nümunələrindəndir. 1990-cı ildə Bosniya savaşı zamanı bosniyalı serblər və xorvatlar tərəfindən dağıdılan körpü uzun müddətdən sonra yenidən təmir olundu.
Böyük Çin Səddi haqqında hər kəs eşidib, amma Böyük Hindistan səddinin də eyni memarlıq nümunəsinə bənzədiyini çox az adam bilir. Çindən sonra dünyanın ən uzun divarıdır. Racastan əyalətində yerləşən 36 kilometr uzunluğundakı divarın qalınlığı 4,5 metrdir. 1443-cü ildə tikilən divar 19-cu əsrdə uzadılaraq bölgədəki 360 məbədi qoruyur.
İsfahan şəhərindəki bu məscid Səfəvi dövlətinin memarlıq nümunəsidir. 1603-19-cu illərdə Şah Abbasın dövründə inşa edilən məscidin qəribə tərəfi minarəsinin və həyətinin olmamasıdır. Şahın hərəmindəki qadınların ibadət etməsi üçün inça edilib.
Paylaş: