Xəbər lenti
 
Koreyanın memarlıq şirkəti dünyada ilk dəfə olaraq gözlə görünməyən göydələnin layihəsini hazırlamaq niyyətindədir.
AZƏRTAC infuture.ru saytına istinadla bildirir ki, Seuldan 30 kilometr aralıda yerləşən beynəlxalq aeroportun yaxınlığında tikiləcək bina qabaqcıl texnologiya və mürəkkəb işıqlandırma sisteminin köməyilə (LED texnologiyası) görünməz olacaq.
Layihə müəllifi Çarlz Linin fikrincə, göydələnin aeroporta yaxınlığı və gözəgörünməzliyi təyyarələrin uçuş cədvəlinə maneçilik törətməyəcək. Gözəgörünməz binanın şəhərə gələn turistlərin də diqqətini cəlb edəcəyi şübhəsizdir.



Ana səhifəyə qayıt        Baxış: 918          Tarix: 25-09-2017, 20:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma