Xəbər lenti

 Ukraynanın Luqansk vilayətində fermer fəaliyyəti ilə məşğul olan azərbaycanlı biznesmen Səməndər Quliyev öldürülüb.

"Report"un əldə etdiyi məlumata görə, onun meyiti vilayətin Popasnyanskiy rayonunun Ustinovka kəndi yaxınlığından tapılıb.

S.Quliyevin meyiti kəndin girişində avtomobilində yerli sakinlər tərəfindən aşkarlanıb. Onun boynunda boğulma izləri olduğu bildirilib.

Azərbaycanlı biznesmen Popasnyanskiydə dəfn olunub.

Əslən Kürdəmir rayonundan olan 1969-cu il təvəllüdlü Quliyev Səməndər Qulu oğlu uzun illərdir Luqanskda yaşayırmış və rayon ərazisində xeyli torpaq sahəsinə, heyvandarlıq təsərrüfatına sahibmiş.

Xatırladaq ki, Luqansk vilayətinin Popasnyanskiy rayonu Ukrayna nəzarətindəndir və döyüş bölgəsindən kənardır.




Ana səhifəyə qayıt        Baxış: 811          Tarix: 2-11-2017, 10:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma