Xəbər lenti
Dünən, 19:25

Bakı əhalisinə ŞAD XƏBƏR - sabahdan...

“Noyabr ayının 15-dən payız-qış mövsümünə start verilir. “Azəristiliktchizat”ın balansında olan qazanxana, istilik məntəqəsi, məhəlli və magistral xətləri mövsümə tam hazırdır”.

Bu barədə Publika.az-a “Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin (ASC) abonentlərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev məlumat verib.

R.Əliyev bildirib ki, yerli istilik sistemi və istismar sahələrinə sabahdan bütün qazanxanaların qrafikə uyğun olaraq işə başlaması ilə bağlı göstəriş verilib:

“Bu il “Azəristiliktəchizat”ın mənbələrindən 545 qazanxana vasitəsilə, 3600 yaşayış binası, eyni zamanda layihə üzrə bizim mənbələrdən istiliklə təminatı nəzərdə tutulan bütün məktəblər, sosial obyektlər və səhiyyə müəssisələrinin istiliklə təmin edilməsinə başlanılacaq”.

Qeyd edək ki, qazanxanalar hər il noyabrın 15-də işə düşsə də, bəzi ərazilərdə istiliyin verilməsində 1-2 günlük gecikmələr olur. R.Əliyev bunun qazanxanaların texniki istismar qaydaları ilə bağlı olduğunu bildirib:

“Kiçik qazanxanalarda istiliyin verilməsi bir günə başa çatır, lakin iri qazanxanalarda proses iki gün davam edə bilir. Məsələn, bəzi iri rayonların qazanxanalarında qazanların özünü istismar qaydalarının tələbinə əsasən, tədricən qoşulur. Bu prosesi bir-iki saata həyata keçirmək mümkün deyil. Çünki şəbəkənin özündə 5 min/kub-a yaxın su olur. İri rayon qazanxanasından məhəllələrə verilir, hər dəfə binalar qoşulduqca şəbəkəyə əlavə su vurulur və tənzimləmələr aparılır. İri rayon qazanxanalarının texniki istismar qaydaları prosesin tədricən həyata keçirilməsini tələb edir. Birdən-birə yüksək temperatur vermək qazanların sıradan çıxmasına səbəb ola bilər”.




Ana səhifəyə qayıt        Baxış: 832          Tarix: 14-11-2017, 16:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma