Xəbər lenti

 Meksikanın məşhur bloggeri El Pirata ləqəbli Xuan Luis Laqunasa Rozales Xalisko ştatındakı gecə klublarından birində qətlə yetirilib.

Axar.az xəbər verir ki, El Piratanın ölümünə səbəb kimi onun Meksikanın ən təhlükəli narkobaronu El Mençonu təhqir etməsi göstərilir. Onun bədənində 18 güllə yarası aşkarlanıb. Bloggeri yaxınları yalnız tatusu hesabına tanıya biliblər.

Qeyd edək ki, El Piratonun 17 yaşı olub. O, Meksikada gecə klublarından birbaşa bağlantılarla məşhurlaşıb. İnstaqram səhifəsində onun 320 min izləyicisi olub.

El Mençonun əsl adı Nemsayo Osequer Servantesdir. Keçmiş polis olan Servantes Meksikanın sürətlə genişlənən Yeni Nəsil narkokartelinin rəhbəridir. Bu kartelin tərkibində 1000-ə yaxın qatil toplanıb.




Ana səhifəyə qayıt        Baxış: 522          Tarix: 22-12-2017, 09:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma