Xəbər lenti
Dünən, 23:51
Dünən, 21:20
Dünən, 20:37
Dünən, 19:42
Dünən, 18:57
Dünən, 16:45
Dünən, 14:37
Dünən, 14:00
Dünən, 12:37
Dünən, 10:23
Dünən, 09:44
3-10-2024, 22:46
3-10-2024, 21:50
3-10-2024, 20:54
3-10-2024, 19:28
3-10-2024, 18:53
3-10-2024, 17:10
3-10-2024, 15:27
3-10-2024, 14:30
3-10-2024, 13:56
Ötən həftəsonu Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı, general Andranik Makaryan özündənrazı şəkildə bəzi açıqlamalar verdi. Erməni generalın iddiasına görə, onun rəhbərlik etdiyi hərbi birləşmə Dağlıq Qarabağdakı əməliyyatlara da qoşula bilər və hətta bunu Putinin göstərişi olmadan belə, həyata keçirmək iqtidarındadır. Bu üzdən dərhal belə bir sual gündəmə gəldi ki, gerçəkdən belə şey mümkündür, yoxsa Makaryan özfəaliyyətlə məşğuldur?
Artıq bəzi rusiyalı hərbi ekspertlər məsələyə reaksiya verib. Məsələn, tanınmış hərbi analitik, “Milli müdafiə” jurnalının redaktoru, Dünya Silah Ticarəti Analitik Mərkəzinin direktoru, Rusiya Federasiyası Müdafiə Nazirliyinin İctimai Şurasının üzvü, polkovnik İqor Korotçenko haqqın.a-a deyib ki, Makaryanın bu açıqlaması daxili auditoriyaya, siyasi effektə hesablanan siyasi bəyanatdır. Rusiyalı jurnalist və analitik Vadim Dubnov isə “Moskvanın razılığı olmadan rus-erməni hərbi qruplaşmasını general Makaryan Qarabağa apara bilərmi” sualına qısa və aydın cavab verib: “Əsla!”
Dünən isə bu mövzuda digər tanınmış rusiyalı hərbi ekspert, Moskvadakı Siyasi və Hərbi Tədqiqatlar Mərkəzinin direktor müavini Aleksandr danışıb. Musavat.com-un məlumatına görə, 1in.am nəşrinə açıqlamasında Xramçixin faktiki şəkildə erməni tərəfini məyus edən fikirlər söyləyib və Andranik Makaryanın eyforik sözlərini təkzib edib.
“Mən birgə hərbi qruplaşmadan istifadə ilə bağlı məhz ortaq qərarın veriləcəyinə şübhə eləmirəm. Bu, şübhəsiz ki, qoşunların idarə etməsini mürəkkəbləşdirəcək, çünki Ermənistanda əmrləri kimsə tək verməlidir. Bununla belə, hesab edirəm ki, qərarlar birgə qəbul olunacaq. Məntiqlə hərbi qruplaşma ümumidirsə, o zaman əmrlərlə bağlı qərarlar da birgə qəbul edilməlidir”, - deyə rusiyalı ekspert erməni tərəfi umsuq edib.
“Bəs Rusiya-Ermənistan qruplaşması birgə qərarla necə, Qarabağa yeridilə bilərmi” sualına Aleksandr Xramçixin belə cavab verib: “Mən dəfələrlə bu mövzuda danışmışam. Mahiyyət etibarilə hətta Ermənistanın özü nə qədər paradoksal görünsə də, Dağlıq Qarabağın ”müstəqilliyini" tanımayıb (dırnaqlar bizimdir-red.) Müharibə bilavasitə Ermənistan ərazisinə toxunmayınca, Rusiya çətin ki, Qarabağ istiqamətində hansısa addım atsın. Əgər hərbi əməliyyatlar Ermənistan ərazisinə toxunsa, o halda mümkündür ki, qruplaşma Qarabağ cəbhəsinə cəlb edilsin. Yox, müharibə müstəsna olaraq Qarabağın (Azərbaycanın - red.) hüdudları daxilində olacaqsa, o zaman Rusiya münaqişəyə müdaxilə etməyəcək".
Rusiyalı ekspertin sözlərinə görə, hərbi əməliyyatlar zamanı Gümrüdəki 102 saylı hərbi bazaya erməni komandanlığına tabe olmaq barədə Moskvadan göstəriş gələ bilər, ancaq: “İstənilən halda siyasi səviyyədə qərarlar birgə qəbul olunacaq”.
Xatırladaq ki, erməni-rus birgə qruplaşması 102 saylı hərbi baza, Erebunidəki Rusiya hərbi-hava qüvvələri bazası və Ermənistanın 4-cü ordusu əsasında yaradılıb. Bu birləşmənin əsas hədəflərinə gəlincə, Xramçaxin deyib: “Mənim başa düşdüyüm qədər 102-ci baza Türkiyəni çəkindirmək üçün yaradılıb. Deməli, birləşmiş hərbi qruplaşmanın da hədəfi Türkiyənin Qarabağ konfliktinə müdaxilədən çəkindirmək olmalıdır. Azərbaycanla isə Qarabağ qüvvələri vuruşmalıdır. Aydındır ki, bu qüvvələr güclü şəkildə Ermənistan silahlı qüvvələrinə inteqrasiya edib, amma formal olaraq müstəqildirlər”.
Analitik bu mövzunun xüsusən də təzəcə başa çatan Türkiyə-Azərbaycan ortaq hərbi təlimlərindən sonra aktual olması fikri ilə razılaşır: “Əlbəttə ki, aktualdır. Doğrudur, Rusiya bu təlimlərə heç cür reaksiya vermədi. Hətta sanki onları görmədi”.
Erməni nəşrin bunun ardınca “Bəs Türkiyənin Naxçıvanda hərbi baza qurmaq planı ilə bağlı yayılan məlumatlar, sizcə, ciddidirmi” sualına Xramçixin qısa və aydın cavab verib: “Yəqin ki, hə”.
Beləliklə, rusiyalı analitik nəinki Rusiya-Ermənistan birgə hərbi qruplaşmasının birtərəfli qaydada Qarabağ cəbhəsinə cəlb edilməsini mümkün saymayıb, eyni zamanda Qarabağda müharibənin Azərbaycan sərhədlərindən kənara çıxmayacağı halda Moskvamın bu müharibəyə qarışmayacağını bəyan edib.
Bu harasıdır, rusiyalı hərbi ekspert Naxçıvanda Türkiyə hərbi bazasının yaradılmasını real saymaqla ermənilərə daha pis müjdə verib. Məsələ ondadır ki, belə bir bazanın yaradılması söhbəti çoxdan gedir. Türkiyə NATO üzvü olsa da ən azından Qars müqaviləsi ona belə bir haqq tanıyır. Həmin müqaviləyə görə, qardaş dövlət Naxçıvanın Azərbaycanın tərkibində mövcudluğunun qarantlarından biridir.
Belə bir bazanın önəmi Azərbaycandan ötrü ən əvvəl ondan ibarətdir ki, Qarabağda müharibə variantında Ermənistan ordumuzun diqqətini Dağlıq Qarabağdan yayındırmaq, silahlı qüvvələrimizi iki cəbhəyə parçalamaq üçün Naxçıvana hücum etməyə cürətlənməz. Türkiyənin bazası çəkindirici rol oynayar.
Doğrudur, bloklara qoşulmayan Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına görə, ərazimizdə başqa dövlətin hərbi bazası yerləşə bilməz. Ancaq bu sənədi milli təhlükəsizliyimizin yeni tələblərinə uyğunlaşdırmaq çətin iş deyil, hətta gün məsələsidir.
Naxçıvanda Türkiyə hərbi bazasının yaradılmasının zamanı isə əslində çoxdan çatıb. Ən azından, Gümrüdəki Rusiya hərbi bazasının mövcudluğu bunu zəruri edir - hansının bazanın əsas hədəfi ki, rusiyalı hərbi ekspertin də təsdiqlədiyi kimi, Türkiyədir, onun Qarabağ konfliktinə müdaxiləsini önləməkdir. Yerli siyasi təhlilçilər də eyni qənaətdədir.
“Rusiya ard-arda Azərbaycan əleyhinə addımlar atır”. Politoloq Elxan Şahinoğlu belə hesab edir. Politoloq bu xüsusda Moskvanın son davranışlarını belə şərh edib: “Rusiyada ən böyük diaspor təşkilatımızın taleyi indi tükdən asılı vəziyyətdədir, hər an Rusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv edə bilərlər İkincisi, 9 mayda Moskvada parad keçirilir və meydanda Dağlıq Qarabağın ”bayraqları" dalğalanır. Moskva polisi bu təxribatın qarşısını almaq əvəzinə, buna etiraz edən azərbaycanlıları yürüşdən uzaqlaşdırır. Üçüncüsü, Rusiya Ermənistandakı hərbi bazasını genişləndirməyə qərar verib. Sual olunur: kimə qarşı? Bu sualın cavabını 4-cü bənddə aydınlaşdırmaq olar. Dördüncüsü, Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı Andranik Makaryan bildirib ki, Ermənistan-Rusiya birgə qoşun qruplaşması Qarabağda vəziyyətin gərginləşməsi halında ləngimədən tətbiq edilə bilər. Bəs Rusiya rəsmiləri deyirdilər, birgə hərbi qruplaşma yalnız Ermənistanın təhlükəsizliyinə cavabdeh olacaq. Belədirsə, Rusiya rəsmilərindən və XİN-dən niyə kimsə erməni generalın açıqlamasına münasibət bildirmir?"
Politoloq bu qənaətə gəlir ki, demək, erməni generalın dediyi doğrudur. “Moskva bu cür anti-Azərbaycan siyasəti ilə bizə Türkiyənin Naxçıvanda hərbi baza formalaşdırmaq və NATO ilə əməkdaşlığı genişləndirməkdən başqa alternativ qoymur”, - deyə ekspert əlavə edib .(musavat.com)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Video
Ən çox oxunanlar