Xəbər lenti

“Belə söz-söhbətlərin kəsilməsi üçün Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməlidir”.

Strateq.az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında ailənin tək oğullarının ön cəbhəyə göndərilməsinə münasibət bildirən Ədalət Partiyasının sədri İlyas İsmayılov deyib.

Xəbər verildiyi kimi, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası ərazisində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, əsgər Tatarov Adil Əli oğlu şəhid olub. Adil Tatarovun ailənin tək oğul övladı və dörd bacının bir qardaşı olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müzakirələrə qatılanların əksəriyyəti ailənin tək oğul övladının ön xətdə hərbi xidmət keçməsinin yolverilməz olduğunu bildirblər. Onların fikirncə, bu məsələ qanunvericilikdə də tənzimlənməlidir.

Mövzu barəsində Yenicag.az-a danışan Ədalət Partiyasınnın sədri İlyas İsmayılovun fikrincə, bu məsələ haqda yaranan xoşagəlməz söhbətlərə, müzakirələrə son qoymaq üçün Azərbaycan ləngimədən müharibəyə başlamalıdır: “Sağlam düşüncə deyir ki, qoşununu yerit, torpaqlarını azad et. Yoxsa belə məsələlər haqqında danışmağa dəyməz. 30 il keçib, ancaq biz hələ də ümidimizi ATƏT-in Minsk qrupuna bağlamışıq. Özümüz də bilirik ki, onlar bu məsələni həll edə bilməz, çünki qərarları məcburi yox, tövsiyə xarakteri daşıyır. Odur ki, hər gün bir itki verməkdənsə, torpaqlarımızı azad etməliyik.

Bu hadisəyə gəldikdə isə, əlbəttə, ailənin tək oğlunu ön xəttə aparmazlar, çünki bir nəsil kəsilər. Bunu düz deyirlər ki, məmurların uşaqları xaricdə oxuyurlar, kasıbların balaları isə səngərdə qırılırlar. Mən yenə təkrar edirəm ki, torpaqlarımızı müharibə yolu ilə azad etməliyik, ayrı yol yoxdur”.

 




Ana səhifəyə qayıt        Baxış: 958          Tarix: 21-05-2018, 15:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma