Xəbər lenti

İyulun əvvəlindən ölkə ərazisində müşahidə edilən anomal istilərdən sonra iyulun 5-i günün ikinci yarısından başlayaraq, hava şəraiti dəyişəcək.

Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, iyulun 5-i günün ikinci yarısından başlayaraq, havanın temperaturu tədricən enəcək. İyulun 6, 7 və 8-də havanın temperaturu iqlim normasına yaxınlaşacaq. Hava küləkli olacaq, arabir isə güclənən şimal və şimal-qərb küləyi əsəcək.

U.Tağıyeva qeyd edib ki, iyulun 6, 7 və 8-də Abşeron yarımadasında havanın temperaturu 32-37 dərəcə arasında dəyişəcək.

Nazirlik rəsmisi onu da əlavə edib ki, yay fəsli boyunca anomal istilər yenə də müşahidə ediləcək.

Xatırladaq ki, iyulun əvvəllərində Bakıda və Abşeron yarımadasında 40-43 dərəcə isti qeydə alınlb. Bu isə Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi olub.

 




Ana səhifəyə qayıt        Baxış: 523          Tarix: 4-07-2018, 16:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma