Xəbər lenti

Sabirabad rayon sakininin həyətindən çətənə kolları aşkar edilib.

Bu barədə DİN Mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli “Report”un Aran bürosuna bildirib.

Belə ki, daxil olmuş məlumat əsasında Sabirabad rayon Polis şöbəsinin Qaragüney polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, bir neçə dəfə məhkum olunmuş Minbaşı kənd sakini, 53 yaşlı Əbilzadə Əliyev saxlanılıb.

Polis əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 342          Tarix: 6-08-2018, 21:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma