Xəbər lenti

 

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda bir həftə əvvəl yoxa çıxan jurnalist Camal Kasıkçının kral ailəsinin qərarı ilə diplomatik nümayəndəlikdə öldürüldüyü, cəsədinin doğranıldığı açıqlanıb.
 
Ovqat.com Virtualaz.org-a istinadən xəbər verir ki, Camal Kaşıkçı Səudiyyə Ərəbistanında saray çevrilişi tanınan proseslərdə vəliəhd şahzadə Muhammed bin Salmanın həbs etdirdiyi hakim ailə üzvlərinin adamı sayılırdı. O, İŞİD-ə açıq simpatiyası ilə tanınıb, "Müsəlman qardaşlığı” ideologiyasına sadiq olub, Yaxın Şərq ölkələrində siyasi islama söykənən rejimlərin qurulmasının tərəfdarı idi. Onun AKP ilə də yaxınlığı olub.
 
 b119feca-0368-45e7-8e53-5260ab4dfd3a
Xəbər verildiyi kimi Camal Kaşıkçı evlənmək üçün ona lazım olan hansısa sənədi almaq üçün ölkəsinin İstanbuldakı konsulluğuna müraciət edib. O, sənəd bəhanəsi ilə içəri buraxılıb və daha sonra konsulluğu tərk etməyib, yoxa çıxıb.
 
 
Baş verənlərin ardıcıllığından belə məlum olur ki, Kaşıkçı sənəd almaq üçün konsulluğa əvvəlcədən müraciət edib. Ona oktyabrın 2-də səhər saatlarında konsulluqda olmaq barədə cavab verilib. Və jurnalistin konsulluğa girişindən əvvəl Səudiyyə Ərəbistanından cəlladlar və xüsusi xidmət əməkdaşları İstanbula gəliblər.
Adının açıqlanmasını istəməyən türkiyəli yüksək vəzifəli rəsmi deyib ki, Camal Kaşıkçı konsulluqda saxlanıldıqdan bir neçə saat əvvəl onu öldürmək üçün Səudiyyə Ərəbistanından çarter reysi ilə təcili iki heyət göndərilib. Heyətlərdən biri məxsusi olaraq jurnalisti öldürmək üçün elektrik mişarı gətirib. Həmin mənbə konsulluqda yaşananların məşhur rejissor Quentin Tarantinonun çəkdiyi dəhşət filmlərini xatırlatdığını deyib.
Mənbə deyib ki, Kaşıkçı konsulluğa daxil olduğu gün Səudiyyə Ərəbistanından gələn təyyarələrdə bu ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları və cəlladlar – cəmi 15 nəfər olub. Həmin 15 nəfər gəldikləri gün bir neçə saat sonra Türkiyəni tərk ediblər. Qrupda yer alanlardan biri pataloji anatomiya mütəxəssisi-yəni insan cəsədini yarıb hissələrə ayırmaq üzrə mütəxəssis olub. "Həmin şəxs çox güman ki, jurnalistin cəsədini hissələrə ayırmaq üçün orada idi”-mənbə deyib.
 
 ÐÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изобÑажение
Oktyabrın 2-də-Kaşıkçının yoxa çıxdığı gün Ər-Riyaddan qalxan HZ SK1 və HZ SK2 bort nömrəli iki "Gulfstream IV” tipli təyyarə İstanbulun Atatürk Hava Limanına enib. Həmin təyyarədəkilərin hamısının diplomatik pasportları olub. Səhər saat 05.05-də onlar İstanbul Leventdəki "Movenpick” otelində yerləşiblər. Saat 09.40 , 09.55 və 10.50-də səudiyyəlilər oteldən üç ayrı qrup halında çıxıblar.
Saat 12.14-də Səudiyyə Ərəbistanı konsulluğunun qarşısında hərəkətlilik yaşanır, qara plyonkalı, diplomatik nömrə nişanlı avtomobillər içəri daxil olur. Saat 13.04-də Camal Kaşıkçı konsulluğa gəlir və içəri girir. 15.08-də konsulluğun iki avtomobili binanın həyətindən sürətlə çıxaraq uzaqlaşır. 15.11-də isə "Mercedes Vito” markalı, diplomatik nömrə nişanlı miniven konsulluğa daxil olur. Avtomobil qapalı qaraja girir. Axşam saat 19.57 və 20.11-də konsulluqdan iki qrup ayrılır və onlar Atatürk Hava Limanına hərəkət edirlər, gəldikləri təyyarələrlə geri qayıdırlar.
Ehtimal edilir ki, Kaşıkçının cəsədi doğranıldıqdan sonra mikroavtobusla konsulluqdan çıxarılıb və Səudiyyə Ərəbistanına aparılıb. Cəsəd parçalarının diplomatik yük adı altında qeydiyyatdan keçirildiyi və bu üzdən yoxlanılmadan buraxıldığı təxmin edilir.
 
Qeyd olunur ki, onlar İstnabula Səudiyyə Ərəbistanından jurnalistin itkin düşdüyü gündə gəliblər.
Qəzetdə həmçinin bu şəxslərin adları və doğum tarixlər də dərc edilib. Məlumata görə, bu insanlar İstanbulda bir gündən də az qalıblar, iki hoteldə yaşayıblar və əksəriyyəti ölkəni özəl təyyarələr ilə tərk edib.
Qəzet eyni zamanda bu qruplaşmaya səudiyyəli hərbçi Salah Məhəmməd Tubaiqinin rəhbərlik etdiyini yazıb.
Bildirək ki, daha əvvəl Səudiyyə Ərəbistanının Ankaradakı səfiri jurnalist C.Qaşıqçının Səudiyyə Ərəbistan konsulluğunda itkin düşməsi ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb, diplomatdan konsulluqda axtarış aparılmasına icazə verilməsi tələb olunub. Dünən Səudiyyə Ərəbistanı tərəfi türkiyəli müstəntiqlərə krallığın İstanbuldakı Baş Konsulluğunun binasında axtarış aparmağa icazə verib.
Bununla yanaşı, Türkiyə KİV-də "Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçının İstanbulda Səudiyyə Ərəbistanının Baş Konsulluğunun binasına gəldiyini və içəri daxil olduğunu göstərən kadrlar yayılıb.
 
 
 



Ana səhifəyə qayıt        Baxış: 768          Tarix: 10-10-2018, 19:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma