Xəbər lenti

“Ermənistan və Azərbaycan Sülh Platforması”nın keçmiş üzvü Vahan Martirosyanın bu sülh təşəbbüsünə qarşı çıxış edərək erməni xüsusi xidmət orqanlarının diqqətini cəlb etməyə çalışması uğursuz olub.

Virtualaz.org xəbər verir ki, erməni KİV-ləri bu satqının hərəkətinə əsasən əhəmiyyət verməyibər. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin keçmiş müavini Qurgen Yegizaryan isə deyib ki, satqınları bağışlamırlar.

Bununla belə Martirosyanla haqqin.az və virtualaz.org saytlarının təsisçisi Eynulla Fətullayev arasında yazışmaların skrinşotunun sızdırılması Ermənistanda daha çox diqqəti cəlb edib. Erməni KİV-ləri sual edirlər: doğrudanmı “Eynulla Fətullayevin adamları” Ermənistanın içərilərinə doğru 40 kilometr giriblər?

1in.am saytı bu məsələ ilə bağlı erməni kəşfiyyatçısı Vova Vardanovdan soruşub. Vardanov əvvəlcə deyib ki, bu “dezinformasiyadır”, daha sonra isə şərh verməkdən imtina edib. “Yazışmalardan aydın deyil ki, o, “mənim adamlarım” deyəndə nə nəzərdə tutur...Əlavə təfərrüatlar yoxdur, ona görə də əlavə şərh vermək istəmirəm. Burada aydın olmur ki, hansı zaman kəsiyindən söhbət gedir, əhvalat nə vaxt baş verib”-Vardanov bildirib.

Qurgen Yeqizaryan isə hesab edir ki, hər halda ayıq-sayıq olmaq lazımdır. Onun fikrincə Vahan Martirosyanın Azərbaycan tərəfə “nə baş verdiyini görmək üçün xüsusi məqsədlə keçdiyi” haqda dediklərinə inanmaq lazım deyil. “Satqınları bağışlamaq olmaz, yoxsa yeni satqınla meydana çıxacaq. Fikirləşəcəklər ki, onlardan əvvəl satqın çıxanları bağışlayıblarsa deməli satmaq olar”-Yeqizaryan deyib.

 




Ana səhifəyə qayıt        Baxış: 1 717          Tarix: 2-06-2017, 13:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma