Xəbər lenti

Səbayel rayonu, Teymur Elçin 4 ünvanında yaşayan bir qrup sakin tərəfindən Muxalifet.az-ın redaksiyasına müraciət daxil olub.

Gecə saatlarında, təxminən saat 1:00 radələrində yaşadıqları ərazidə işıqların söndürüldüyünü bildirən şikayətçilər bildirir ki, bu məsələyə görə çox narahatdırlar.
Onlar bildirir ki, zülmət qaranlıq səbəbindən gecə saatlarında ərazidə hərəkət etmək çətin olur.
Məlumata görə, təkcə yaşadıqların həyətin deyil, mərkəzi küçələrin işıqları da söndürülür ki, bu zaman zülmətdən  ətrafı görmək mümkün olmur.
Sakinlər deyir ki, yaşadıqları Teymur Elçin 4 ünvanı Prezident Administrasiyasının düz qarşısında yerləşdiyindən, əslində, təhlükəsizlik baxımından bu ərazidə işıqların söndürülməsi düzgün deyil.
“Əksinə, Prezident Administrasiyasının, eləcə də bu kimi strateji obyektlərin ətrafındakı bütün küçələrin işıqlandırılmasına xüsusi diqqət ayrılmalıdır ki, təhlükəsizlik məsələsi daim nəzarətdə saxlanılsın”, - deyə şikayətçilər bildirirlər.

Muxalifet.az

Redaksiyadan: Mövzu ilə bağlı rəsmi qurumların mövqeyini öyrənməyə çalışacağıq.




Ana səhifəyə qayıt        Baxış: 334          Tarix: 23-10-2019, 16:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma