Xəbər lenti

 

Rusiyanın Altay vilayətinin məktəblərinin birində qəribə situasiya yaranıb. Bolşaya Tixaya kəndində sonuncu müəllim də gedib. Bundan sonra dərslər dayandırılıb.

Rusiya kəndindəki son müəllim Almaniyaya köçüb. Bu haqda Soloneşensk rayon sovetinin sədr müavini İvan Briya məlumat verib: “İndi şagirdlərə dərs deyən yoxdur. Qubernatora və deputata müraciətlər də nəticə verməyib”.

Dövlət məmurunun sözlərinə görə, müəllimlər sosial şərtlərin ağırlığı üzündən bir-bir məktəbi tərk ediblər. Üstəlik, məktəb yaşayış massivindən kənardadır, ora avtobussuz yetişmək mümkün deyil. Məktəb avtobusu hər dəfə 15-20 uşağı apara bilir. Beləcə, xeyli şagird dərsdən qalırdı. \\Bizimyol.info 




Ana səhifəyə qayıt        Baxış: 310          Tarix: 29-10-2019, 23:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma