Xəbər lenti

Üzeyir Cəfərov: “Ermənilər bununla ordumuza psixoloji təsir göstərmək istəyir” 

Dünəndən etibarən bir sıra media orqanlarında Ermənistanın 8 min muzdlu əfqan döyüşçüsünü Qarabağda xidmətə cəlb etdiyi, onların Azərbaycan ordusu ilə üzbəüz mövqelərdə yerləşdirdiyi ilə bağlı xəbərlər yer almaqdadır.

Maraqlıdır, Ermənistanın minlərlə əfqan döyüşçüsünü Qarabağda yerləşdirməsi mümkündürmü? Ermənistanın Qarabağda muzdlular yerləşdirmək planı müharibə baş verəcəyi təqdirdə ordumuz üçün əlavə çətinliklərə səbəb ola bilərmi?

Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov baş verənləri Ermənistanın növbəti dezinformasiya cəhdi kimi qiymətləndirib:

“Bu informasiyada yer alan fikirlərin heç də hamısı həqiqətə uyğun deyil. Ermənilər güclü şəkildə dezinformasiya ilə məşğuldurlar. Azərbaycan ordusuna psixoloji təsir göstərmək üçün bu cür infomasiyalar yayırlar. Ermənistanda əsgər çatışmazlığı var və məhz buna görə də onlar müxtəlif ölkələrdən orduya muzdlular cəlb etməyə məcburdurlar. Bu məqsədlə ehtiyatda olan bir neçə əfqanı da Ermənistana gətiriblər. Lakin ermənilərin 8 min muzlu əfqanı orduya cəlb etməsi mənə əsla inandırıcı gəlmir. Bu fikirdən çox-çox uzağam. Əgər bu əfqanların həqiqətən də lazımi hazırlığa varsa, elə öz ölkələrində xidmətə cəlb edilərdilər də...

Mən bunu Ermənistanın növbəti dezinformasiyası kimi dəyərləndirirəm”.

 




Ana səhifəyə qayıt        Baxış: 1 289          Tarix: 6-06-2017, 12:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma