Xəbər lenti
Bu gün, 20:17
Bu gün, 16:49
Bu gün, 15:30
Bu gün, 14:18
Bu gün, 13:53
Bu gün, 11:19
Bu gün, 10:14
Bu gün, 09:24
Dünən, 17:12
Dünən, 16:00
Feysbuk”da Laçından didərgin Nicat Nağdalı adlı istifadəçinin paylaşdığı dünya və Azərbaycan zəhmətkeşlərinin mərhum “dahi, müdrik, əbədiyaşar lideri” Leninin işğal altındakı kəndlərimizdən birində yıxılmış, viran olmuş büstünün fotosu və həmyerlisi Yasir Cabbarovun ona yazdığı bu şərh bəndənizə doğma yurd-yuvalarımızla yanaşı, bir çox gerçəkləri də xatırlatdı:
“İşğal altındakı Laçın rayonunun Qarakeçdi (sovet dövründə Leninkənd) kəndində məktəbimizin aşağısındakı bağın içərisindən çəkilən bu şəkil Laçınlı unudulmaz illəri xatırladır. Bağın yuxarı başında heykəli qoyulan Leninin adını daşımaq uzun illər kəndimizə də qismət olmuşdur. Bu ərazi bir zamanlar məktəblilərimizin, gənclərimizin və məhəlləmizin cavanlarının ən sevimli məkanı idi... Kəndimizin taleyi, əzəməti Leninin fəhlə sinfinin qanı bahasına qurduğu təməlsiz sistem kimi tarimar oldu. Ümid edirəm ki, müstəqil ölkəmizin, qüdrətli ordumuzun imkanları sayəsində doğma yurdlarımıza qayıdıb yenidən o torpaqlarda sarsılmaz təməl qoyacağıq və bu kimi məkanlarımızda əcnəbi əbləhlərin deyil, Milli Qəhrəmanlarımızın abidələri ucalacaq!..
...Evimizin yaxınlığı, məktəbimizin aşağısındakı bağın içərisindən çəkilib bu şəkil. Bəli, Leninin heykəlidir. Xatırladıqca birtəhər oldum ((((... Çox sağ olun...”
Bəli, nəfslərimizə qul olub bəyliklərə, xanlıqlara parçalanaraq Çar Rusiyasının ağalığını qəbul etdikdən sonra öncə yavaş-yavaş torpaqlarımıza yerləşdirilən ermənilərin də tut, zoğal araqlarının, sarımsaq iyi verən gözəlçə axçilərinin təsiri ilə, ardınca Lenin, Stalin, Brejnev bütləri ilə, “Allahsızlar İttifaqı” ilə, “37” ilə baltanı kökündən vuran, gerçək seyidlərimizi, din xadimlərimizi, ziyalılarımızı güllələdən, sürgün edən, məscidlərimizi viran qoyan sovet rejiminin təzyiqi ilə çoxumuz tədricən ruhumuzu, imanımızı, ardınca da torpaqlarımızı itirdik - fəqət, dalınca guya azadlığa qovuşub çağdaş, “modern” “demokratiya” bütlərinə ilişdik..
Bu, Allah qatında bir aksiomadır: Yaradana, Qurana imanı, Peyğəmbərimizə(s) sevgini, namazı, orucu unudub daş bütlərə, “filan lider”, “bəhmən hərəkat lideri” deyə canlı insan bütlərinə, heykəllərə, büstlərə, fahişə, məşuqə, para, dollar, maşın, villa bütlərinə söykənən, Rəbbimizi yaddan çıxarıb bu saysız bütlərə baş əyənlər də elə o saxta “iman yerləri”, “liderləri” ilə bərabər gec-tez yıxılmalıdır...
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar