
Xəbər lenti
Bu gün, 11:52
Bu gün, 11:00
Bu gün, 09:28
Dünən, 23:45
Dünən, 21:58
Dünən, 20:26
Dünən, 18:08
Dünən, 15:30
Dünən, 14:37
Dünən, 13:07
Dünən, 12:11
Dünən, 11:07
Dünən, 09:03
24-08-2025, 23:20
24-08-2025, 20:57
24-08-2025, 19:15
24-08-2025, 18:05
24-08-2025, 16:30

Azərbaycanda builki yay dövründə ayrı-ayrı günlərdə anomal isti günlərin olacağı istisna edilmir.
Modern.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, adətən, yay dövründə anomal istilər iyul-avqust aylarının ayrı-ayrı günlərində müşahidə edilir:
“Statistik məlumatlar da onu göstərir ki, əvvəllər davamlı anomal isti günlər 1-2 gün davam edirdisə, artıq son illərdə belə günlər davamlı olaraq, 1 həftəyədək müşahidə edilir. Bu da o deməkdir ki, ilbəil istiləşmə olur”.
A.Verdiyev əlavə edib ki, Bakı və Abşeron yarımadasında 35 dərəcədən yüksək temperaturun qeydə alındığı günlərin sayı artıb.
Mütəxəssis bunun iqlim dəyişikliyi ilə əlaqədar olduğunu söyləyib:
“Son məlumatlar onu göstərir ki, iyul-avqust ayları Azərbaycanda yayın ən isti aylarıdır. Yay aylarında Bakıda ən yüksək temperatur 2015-ci il 4 avqustda 41,2 dərəcə, 2017-ci il 9 avqustda 42,6 dərəcə, 2018-ci il 1 iyulda 42,7 dərəcə isti olmaqla qeydə alınıb”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar