Xəbər lenti


İspaniya Səhiyyə Nazirliyi ölkədə 8959 yeni yoluxma və 40 nəfərin koronavirusdan ölməsi faktı barədə məlumat verib. Xəstələnənlərin 34 faizi Madrid sakinləridir.

AZƏRTAC İspaniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, İspaniyada koronavirusdan ölənlərin rəsmi sayı 29.234 nəfərə çatıb.
Madriddə xəstələnənlərin sayı artmaqda davam edir. Kataloniya, Əndəluz və Basklar Diyarı kimi muxtar regionlarda isə virusun yayılma sürəti əvəlki kimi yüksəkdir.

Sentyabrın 1-də Əndəluzda virusun yayılma göstəricisi pandemiya müddətində ilk dəfə olaraq gündə min hadisədən çox olub. Belə halların təqribən yarısı (410 hadisə), Malaqa əyalətində qeydə alınıb.

Xəstəxanalarda və intensiv terapiya bölmələrində çarpayıların 6 faizini koronaviruslu pasiyentlər tutur. Son həftə ərzində bu rəqəm sabit qalır.



Ana səhifəyə qayıt        Baxış: 2 731          Tarix: 4-09-2020, 16:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma