Hazırda zəmanəmiz informasiya bolluğu içində olduğuna görə, məlumatların əldə edilməsi və ötürülməsi çox vacibdir. Əlbəttə, informasiyaların çoxluğu heç də onun hamısının mənimsənilməsi anlamına gəlinməməlidir. Çünki bir çox informasiyaların cəmiyyətə ötürülməsi işin xeyrindən çox zərərinədir. Bu anlamda topluma lazım olan bilgilərin ötürülməsinə son dərəcə də diqqət yetirmək lazımdır.
Şübhəsiz, informasiyanın cəmiyyətə çatdırılmasnda dövlət qurumlarının, nazirliklərin, icra hakimiyyətlərinin üzərinə mühüm vəzifə düşməkdədir. Əgər dövlət qurumları xüsusilə, onların mətbuatla iş üzrə bölümələri layiqincə öz işlərinə yerinə yetirmirlərsə o zaman problemlərin ortaya çıxması qaçılmazdır. Ona görə də, dövlət qurumlarının mətbuat xidmətləri cəmiyyətlə, o cümlədən mətbuatla işlərini daha yüksək səviyədə qurmalıdırlar. Başqa sözlə, dövlət təşkilatlarının mətbuat xidmətləri mətbuat orqanlarıyla sıx əməkdaşlıq etməyə çalışmalı, özlərini onlardan kıənarda saxlamaq niyyətindən uzaq durmalıdırlar. Çünki yalnız bu halda, yəni dövlət təkilatları ilə mətbuat orqanlarının doğru əməkdaşlığı nəticəsində cəmiyyətdə obyektiv informasiyalarla təmin olunacaqdır.
Hesab edirik ki, cəmiyyətə doğru informasiyanın çatdırılmasında hər iki tərəf maraqlı olmalı, sui-istifadə hallarına yol verməməlidir. Hələlik, bu istiqamətdə dövlət qurumlarının məbuat xidmətlərində əsasən çatışmazlıqlar vardır. Doğrudur, əvvəlki illərlə müqayisədə müəyyəm irəliliəyiələr də olmuşdur. Ancaq bunu yetərli olmasını söyləmək çox çətindir. Xüsisilə, dövlət qurumlarına mətbuat xidmətnin rəhbərli seçildikdə diqqət yetirilməli, onların juranlistik peşə ixstisası önə çəkilməlidir. Burada söhbət yalnız jurnalist peşə ixtisasını bitirməkdən getmir. Eyni zamanda mətbuat xidməti rəhbərinin mətbuat və cəmiyyətlə təmas qurmaq qabiliyyəti də nəzərtə alınmalıdır. Ən vacibi isə odur ki, mətbuat xidmətinin rəhbərləri dövlət, millət və vətən anlayışlarını dərindən dərk edərək, hansıl informasiyanın cəmiyyətə öütürülüb ötürülməməsində, ya da hansı formada öütürülüməsində yüksək qabiliyyətə malik olımalıdır.
Aygün Paşayeva /DunyaMedia/
Paylaş: