Xəbər lenti
Bu gün, 17:45
Bu gün, 16:19
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 11:49
Bu gün, 10:33
Dünən, 23:39
Dünən, 19:39
Dünən, 16:17
Dünən, 15:46
Dünən, 09:30
19-01-2025, 23:30
19-01-2025, 22:21
The Associated Press, ABŞ 24.11.2020 Müəllif: Aidə Sultanova Azərbaycan təxminən 25 il əvvəl itirdiyi və son zamanlaradək erməni hərbi birləşmələrinin nəzarətində olmuş ərazilərini geri qaytarır. Hərbi əməliyyatlardan təxminən 30 il əvvəl qaçaraq can qurtarmış azərbaycanlı məcburi köçkünlər artıq doğma evlərinə qayıtmaq haqda düşünür. Əlbəttə ki, əgər qayıda biləcəkləri ev qalıbsa... 1990-cı illərin əvvəllərində müharibə nəticəsində təxminən 600 min azərbaycanlı məcburi köçkünə çevrilib. Elə o vaxt Dağlıq Qarabağ regionu etnik erməni separatçıların, ətraf rayonlarsa Ermənistanın əlinə keçib. Lakin tərəflər arasında payızda başlamış və 6 həftə davam etmiş hərbi əməliyyatlardan sonra Azərbaycan Dağlıq Qarabağ regionunun bəzi hissələrini, həmçinin ətraf rayonların böyük əksəriyyətini geri qaytarıb. Bölgədə döyüşlər noyabrın 10-dək davam edib. Bu gün Azərbaycan bəzi əraziləri döyüşlərin dayandırılmasına dair imzalanmış saziş çərçivəsində qaytarılır. Amma Ağdam rayonunun Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilməsindən sonra (noyabrın 20-də) məlum olub ki, rayon ərazisinin böyük hissəsi yaşayış üçün yararsızdır. Bir zamanlar 50 min insanın yaşadığı Ağdam şəhəri xarabalığa çevrilib. Qeyd edək ki, Azərbaycana saziş əsasında təhvil verilmiş ilk rayon Ağdamdır. 1992-ci ildə evini tərk etmiş 62 yaşlı Adil Şərifov deyir ki, onun doğma Cəbrayıl rayonunda da vəziyyət eynidir. O, Cəbrayıla qayıtmağı çox istəyir. Adil Şərifov bu gün Azərbaycanın paytaxtı Bakıda yaşayır. Cəbrayıl Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlarla azad etdiyi rayonlardandır. Rayon azad edildikdən bir müddət sonra Şərifovun əmisi uşaqları oranı ziyarət edib. Onlar Adil Şərofova deyib ki, şəhər, həmçinin bir zamanlar Şərifovlar ailəsinin yaşadığı ev və böyük meyvə bağı yer üzündən silinib. Amma o, istənilən halda Cəbrayıla qayıdacağı günün həyatının ən xoşbəxt günü olacağını deyir. Adil Şərifovun sözlərinə görə, ailəsi uzun illərdir internet üzərindən Cəbrayılla bağlı xəbərləri izləməklə yaşayır. Onlar rayonda dəhşətli dağıntıların olduğunu bilirlərmiş. Amma Adilin mərhum anası ermənilərin onların evlərini dağıtmadıqlarına ümidli imiş. O, evin açarını qoruyub saxlayırmış... “Orada daha yaxşı ev tikəcəyəm”, - deyə Adil Şərifov bildirir. Şuşadan olan 50 yaşlı Ülviyyə Cumayeva isə nisbətən daha yaxşı vəziyyətdə olan şəhərə qayıdacaq. Doğrudur, bu gün onun doğma şəhərində də vəziyyət ideal deyil. Yeri gəlmişkən, Azərbaycan Ordusu Şuşa şəhərini xüsusi əməliyyatla azad edib. Döyüşlərdə iştirak edən balaca qardaşı Nəsimi ona zəng edibmiş. Deyib ki, bir vaxtlar yaşadıqları, 1992-ci ildə tərk etməli olduqları ev salamatdır. Sadəcə, evdə əşyalar yoxdur. “Qardaşım dedi ki, bizdən sonra evdə ermənilər yaşayıb və oranı tərk edən zaman hər şeyi özlərilə aparıblar. Amma dəhlizdə uşaqlıqda sevə-sevə baxdığımız güzgü hələ də qalır. Bəlkə də ona nəvələrim də baxacaq”, - deyə Ülviyyə Cumayeva bildirir. “Hər kəsin Bakıda evi var. Amma onlar bu evləri heç vaxt daimi hesab etməyiblər. Biz hər zaman nə vaxtsa Şuşaya qayıdacağımızın ümidilə yaşamışıq. Qəlbimiz, düşüncələrimiz hər zaman doğma şəhərimizlə olub”, - deyə o qeyd edir. Cumayeva insanların ermənilərə münasibətinin sərtləşdiyini etiraf edir: “Halbuki, sinif yoldaşlarımın əksəriyyəti ermənilər olub. Onlara qarşı heç vaxt pis münasibət bəsləməmişəm. Müharibəni başladan, qırğınlar törədən, mənim xalqıma qəm-kədər gətirən Ermənistanın cinayətkar liderləridir. Amma son hadisələrdən, yəni şəhərlərin bombalanmasından sonra mənim onlara da münasibətim dəyişib. Təsəvvür edin, vaxtilə azərbaycanlıların yaşadığı evlərdə qeyri-qanuni məskunlaşmış ermənilər indi regionu tərk edən zaman o mənzilləri yandırır. Artıq azərbaycanlılarla ermənilərin birlikdə yaşaya bilməyəcəyini anlayıram”. Adil Şərifovun mövqeyi daha yumşaqdır. O, müxtəlif dini adət-ənənələri olan iki etnik qrupunun sülh şəraitində birgə yaşaya biləcəyini düşünür: “Ermənilər Azərbaycan qanunlarına əməl edərlərsə, özlərini bir zamanlar mülki azərbaycanlıları öldürmüş saqqallı hərbçilər kimi aparmazlarsa, sülh şəraitində yaşayacağıq”. (İngilis dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər