Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Təhlükəsizlik Şurasının iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq, təmas nöqtələri tapmağa çalışmaq lazımdır.
Ermənistan baş nazirinin bu bəyanatı Bakıda necə qarşılanıb? Bu bəyanatın real işə çevriləcəyi, Ermənistanın bu addıma gedəcəyi inandırıcı görünürmü?
Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirdi ki, Azərbaycan dövləti Ermənistandan başqa bütün qonşu dövlətlərlə sıx əməkdaşlıq münasibətlərində daim olub və bu yenə də belədir. Ermənistanla münasibətlərin olmamasının isə səbəbi məlumdur: «Səbəb Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətidir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan işğalçılıq siyasətindən əl çəksə əlaqələr yaranması, hətta müəyyən əməkdaşlıq münasibətlərinin də qurulması mümkündür. Azərbaycan qonşularla əməkdaşlıq münasibətlərində maraqlı olan ölkədir. Ermənistanın Azərbaycanla və Türkiyə ilə əlaqələrinin yaranması üçün ilk növbədə Ermənistan
Azərbaycana qarşı işğalçılıq, ərazi iddiası siyasətindən əl çəkməlidir. Ermənistan baş naziri səviyyəsində verdiyi bəyanatda ciddidirsə, bu bəyanata uyğun real addımlar atmalıdır. Birinci addım Qarabağda gizlənən bütün erməni silahlı quldurlarının Ermənistana çağırılması və bunun həyata keçirilməsi olmalıdır
Vahid Əhmədov: “Ermənistan öncə bölgədə olan silahlıları çəkib aparmalıdır”
Ermənistan məğlub olub. Bundan sonra onun ayaq üstə qala bilməsinin yolu Azərbaycanla və Türkiyə ilə normal münasibətlər qurmaq və tədricən birgə layihələrdə iştirak etməkdən keçir. İşğalçılıq siyasəti Ermənistanı və onun xalqını uçuruma gətirib. Onların xilası bu siyasətdən əl çəkib sərhədindəki iki güclü qonşusu Azərbaycanla və Türkiyə ilə əlaqələr qurmaqdır. Bunu dərk edirlərsə, özləri üçün yaxşıdır. Lakin bir daha bəyan edirik ki, qonşulara ərazi iddialarından əl çəkmədikcə əlaqələr yaranması mümkün deyil. Azərbaycan Prezidenti cənab İlham Əliyev Zəfər paradında da bəyan edib ki, regionda 6 ölkənin əməkdaşlıq formatı yarana bilər. Bu sırada Ermənistanın da adı çəkilib. Ancaq təbii ki, Ermənistan işğalçılıq siyasətindən, qonşulara qarşı ərazi iddialarından əl çəkib normal qonşuluq siyasətini yürütməyə başlamalıdır. Bundan sonra Ermənistan regional layihələrə, iqtisadi əməkdaşlıq formatlarına qoşulmaq imkanı əldə edə bilər. Ermənistan sevinməlidir ki, Azərbaycan və Türkiyə tərəfindən bu təklif ona verilir. Ermənistan bu şansdan düzgün istifadə etməlidir. Etməyəcəksə, yenə də özünə böyük zərbə vurmuş olacaq və yuvarlandığı uçurumu bir qədər də dərinləşdirəcək. Azərbaycan və Türkiyə ilə əlaqələr, əməkdaşlıq Ermənistanın xilas yoludur. Ermənistan bilməlidir ki, bu gün onlara edilən təklif bir müddətdən sonra olmaya da bilər”.
Aydın Hüseynov: “Bu gün onlara edilən təklif bir müddətdən sonra olmaya bilər”
Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, dekabrın 10-da Zəfər paradında Prezident İlham Əliyev regionun 6 dövlətinin əməkdaşlığı ilə əlaqədar bir mesaj verdi. Bu dövlətlər Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan, Ermənistandır. Yəni bu dövlətlərin bir yerdə fəaliyyət göstərməsi müəyyən proyektlərdə birgə iştirakının vacib olduğunu qeyd elədi. Bölgədə sabitliyi istəyiriksə, bu lazımdır: “O ki qaldı Ermənistan baş nazirinin fikirlərinə, Nikol Paşinyandan öncə Ermənistanda bir sıra siyasi liderlər də bu məsələyə toxunublar ki, Azərbaycan və Türkiyə ilə siyasi, iqtisadi əlaqələr yaratmaq lazımdır. İndi baş nazir bu məsələni birbaşa Təhlükəsizlik Şurasının iclasında qeyd edir. Amma məsələ bundadır ki, əlaqələrin qurulması üçün Ermənistan tərəfinin real atmalı olduğu addımlar var və bu addımlar atılmalıdır. Əməkdaşlıq və əlaqələri nəzərdə tutan fikirlər normaldır. Amma gərək Ermənistan ilk növbədə Azərbaycan ərazisində-
Qarabağda qalan silahlılarını son nəfərinədək Azərbaycan ərazisindən geri çəksin. Digər tərəfdən, illər boyu vurulan yara o qədər dərindir ki, onun sağalması üçün müəyyən qədər vaxt lazımdır. Başqa bir mühüm məqam Xankəndi, Ağdərə, Xocavənd, Xocalı məsələsinin qarşıda dayanmasıdır. Bu ərazilərimizdə hələ idarəetmə sistemimizi bərpa etməmişik. Bu məsələ həllini tapmalıdır. Əgər Ermənistan Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyirsə, Azərbaycanla və Türkiyə ilə iqtisadi, siyasi əlaqələr qurmaq istəyirsə, bir neçə gün öncə Hadrutda olduğu kimi təxribatlara əl atmamalıdır. Bölgədə olan silahlı erməniləri çəkib Azərbaycan ərazisindən aparmalıdır. Yalnız bundan sonra əlaqələrin qurulmasından danışmaq olar. Buna da müəyyən qədər vaxt lazımdır. Azərbaycan əhalisi 44 günlük müharibədə 3 minə yaxın şəhid verdiyini, birinci Qarabağ müharibəsində 10 minlərlə şəhid verdiyini unutmayıb. Bütün bunlar məhz Ermənistanın işğalçılıq və terror siyasəti nəticəsində baş verib”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar