![](/templates/Wmediat51/images/vetendash.jpg)
Xəbər lenti
Bu gün, 22:56
Bu gün, 21:56
Bu gün, 19:21
Bu gün, 18:43
Bu gün, 16:30
Bu gün, 14:20
Bu gün, 13:44
Bu gün, 12:41
Bu gün, 09:31
Dünən, 21:25
Dünən, 19:16
Dünən, 17:44
Dünən, 16:15
![](/uploads/posts/2021-02/1612688282_qi.jpg)
Artıq bir həftədir ki, Türkiyənin Qars vilayətində “Qiş təlimi - 2021” hərbi taktiki təlimləri keçirilir. Təlimdə Türk ordusu ilə yanaşı Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun bölmələri də iştirak edir. Hər bir hərbi təlimin şərti hədəfi olduğunu nəzərə alsaq, “Qış təlimləri – 2021”-in də qarşısında hansısa xəyali düşmənin olduğu bəllidir. Türk Silahlı Qüvvələri nəzəri hədəfi gizli saxlasa da, Qarsın coğrafi mövqeyi və relyefi əslində bu barədə yetərli ipuçları verir. Söhbət, əlbəttə, Ermənistan üzərindən həyata keçirilə biləcək rus hücumlarına qarşı birgə müdafiə strategiyasının hazırlanmasından gedir.
Maraqlıdır ki, “Qış -2020” adı ilə başqa bir təlim NATO-nun digər müttəfiqi Polşada keçirilib. Bir neçə min zabitin iştirak etdiyi təlimin özünü doğrultmadığı xəbər verilir. Ekspertlərin fikrincə, Belarus və Kalinqradla döyüşlərin stimulyasiyası üzərində qurulan hərbi təlimdə Polşa ordusunun qarşısında düşmən təcavüzünə qarşı ən azı 22 gün dayanmaq missiyası qoyulub. Çünki Rusiya Polşaya hücum edərsə, NATO öz üzvünün yardımına yalnız 3 həftədən sonra yetişə bilər. Bu müddət ərzində isə Polşa öz güçü hesabına qorunmalıdır. Döyüşün stimuliyativ modelləşdirilməsi onu göstərib ki, Polşa ordusunun dirənişi cəmi 5 gün çəkə bilər.
![](/uploads/posts/2021-02/1612688285_qi1.jpg)
Polşanın “Onet” xəbər xidmətinin irəli sürdüyü bu iddia ölkədə ciddi müzakirələrə səbəb olub. Ölkə rəsmiləri məlumatı nə təkzib, nə də təsdiq ediblər. İngilisdilli “Interia” portalı isə bu iddianı ciddi qəbul edərək yazıb:
"Polşanın şərqinin stimuliyativ müdafiəsi orada yerləşən hərbi hissələrin darmadağın edilməsinə və böyük itkilərə gətirib çıxardı. Virtual münaqişənin beşinci günündə düşmən Visla çayına çatdı. Dördüncü gün artıq Varşava mühasirəyə alınmışdı. Strateji limanlar bloklanmış və ya işğal edilmişdir. NATO-nun dəstəyinə baxmayaraq, Polşa aviasiya və donanması da öz fəaliyyətini dayandırdı. Polşa hərbi hissələri Vislanın şərqində sarsıdıcı məğlubiyyətə uğradı. Birinci xəttin batalyonları canlı qüvvə və texnologiyanın 60 – dan 80 faizinə qədər itirdi".
Bildirildiyinə görə, Polşa ordusunun bu başarısızlığı texnikaların yox, hərbçilərin bacarıqsızlığından qaynaqlanıb. Bir çox zabitlər əmrləri ya başa düşməyiblər, ya da onlara bir anlam verə bilmədikləri üçün yerinə yetirməkdən imtina ediblər.
Polşa müdafiə naziri Marius Blaşzak iddialara konkret cavab verməsə də, onun dilə gətirdiyi bəzi fikirlər təlimlərin uğursuzluğuna haqq qazandırmaq səylərinə bənzəyir. Nazir mətbuata açıqlamasında deyib: “Mükəmməlliyə nail olmaq üçün məşq etmək lazımdır".
![](/uploads/posts/2021-02/1612688224_karadeniz-ulkeleri-meb-alanlari.jpg)
Cənubi Qafqaz və Baltikyanı ölkələr kimi, Qara dəniz dövlətləri də rus təcavüzünə qarşı hərbi sayıqlıqlarını artırmaq qərarına gəliblər. Hər halda Ukrayna Xarici İşlər naziri Dmitri Kulebanın ABŞ Dövlət Departamentinin sədri Anthoni Blinkenlə telefon danışığında səsləndirdiyi fikirlərdən belə çıxır. Dekabrın 2-də baş tutan telefon danışığı barədə Kuleba mətbuata açıqlama verərək deyib ki, ABŞ-ın Kiyevdən əsas tələbi Ukrayna-Moldova-Gürcüstan hərbi ittifaqı qurmaqdır: "Üçlük İttifaqı ideyasına gəlincə, mən bu gün dövlət katibinə ABŞ-ın Ukraynaya ümid edə biləcəyini bildirdim. Qara dəniz regionu və Mərkəzi Avropa bizim etibarlı tərəfdaş kimi real töhfə verə biləcəyimiz yerlərdir. Sizi əmin edirəm ki, Ukrayna da, Gürcüstan da, Moldova da artıq bu istiqamətdə fəal hərəkət edirlər".
ABŞ Dövlət Katibi Anthoni Blinken isə Ukrayna Xarici İşlər Naziri Dmitri Kulebaya ABŞ-ın "Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və Avroatlantik istəklərini müdafiə etdiyini” bildirib və “güclü iqtisadi və hərbi dəstəyini davam etdirəcəyinə" söz verib. Tərəflər “Ukraynanın və Krımın şərqindəki Rusiya təcavüzünün diplomatik həllinə” nail olmaq məsələlərini də müzakirə ediblər.
Ukraynanın liderliyində yaradılması planlaşdırılan “Qara dəniz üçlüyü”nün hər birinin Rusiya ilə əlaqələrinə nəzər salanda onları bu dövlətə qarşı eyni dərd birləşdirdiyini görə bilərik: ərazilərinin işğalı. Bu fakt həmin ölkələrin ərazi bütövlüyü uğrunda birgə mübarizəsini şərtləndirir. Üstəlik, bizdən fərqli olaraq bu 3 ölkənin ərazisini işğal edən birbaşa Rusiyanın özüdür. Deməli, mübarizə də Rusiyaya qarşı aparılmalıdır.
Görünür, Azərbaycan və Polşa cəbhəsində qüvvələrin möhkəmləndirilməsi Rusiyanın gözlənilən yan zərbələrinin təsirini azaltmaq üçün nəzərdə tutulur.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər