Xəbər lenti


Qondarma Abxaziya “parlamenti” Rusiya Dumasına müraciət edərək, bərabərhüquqluluq şərti ilə “respublika” ərazisindən keçib Ermənistana gedən dəmir yolunun açılması layihəsində iştirak etməyə hazır olduğunu bildirib.

Axar.az xəbər verir ki, bu məlumatı qondarma Abxaziya parlamentinin “beynəlxalq əlaqələr komitəsinin sədri” Astamur Loqua yayıb.
“Təşəbbüs bizim komitəyə məxsusdur. Biz regionda və Dağlıq Qarabağda baş verən konfliktin bu yolla həll edilməsini izləyirik. Biz nəqliyyat kommunikasiyalarının açılmasıyla bağlı baş verənləri alqışlayırıq”, – deyə o bildirib.

Qeyd edək ki, Abxaziya Gürcüstan ərazisidir. Qondarma respublikadan keçən dəmir yolu xətti bundan öncə dəfələrlə dilə gətirilib, amma Tiflis hər zaman buna ərazi bütövlüyü təmin olunmadığı üçün etiraz edib.



Ana səhifəyə qayıt        Baxış: 2 927          Tarix: 10-02-2021, 17:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma