Xəbər lenti

 
 
“Müharibənin 44 günü boyunca Ermənistanın hospital və xəstəxanalara 11 minə qədər hərbçi, polis məmuru, sərhəd qoşunları, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları, könüllü yaralı və xəstə gətirilib”.
 
Ovqat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Hərbi Tibb İdarəsinin rəis müavini Qeqam Paşikyan bu gün jurnalistlərə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, yaralıların 55% -i yüngül, 35% -i orta dərəcəli, 7% -i ağır, 2% -i isə olduqca ağır xəsarət alıb.
 
Hazırda 1500-ə yaxın hərbi qulluqçu müalicə alır. 885 nəfər birinci, ikinci və üçüncü dərəcəli əlillik statusu alıb.
 


Ana səhifəyə qayıt        Baxış: 5 778          Tarix: 28-03-2021, 21:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma