Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
MODERN DIPLOMACY, Aİ 14.04.2021 Müəllif: Esmira Cəfərova Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsi Ermənistan, Azərbaycan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla sona çatıb. Bu sənəd müharibəni dayandırmaqla yanaşı, Yerevanla Bakı arasında ciddi problemlərin həllinin təməlini də qoyub. Buraya bir zamanlar işğal altında olmuş ərazilərin (Ağdam, Kəlbəcər və Laçın) azad edilməsi, regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyaların açılması da daxildir. Çox güman ki, tərəflər arasında imzalanmış bəyanat uzun illər müharibənin fəlakətlərə səbəb olduğu Cənubi Qafqazın tarixində yeni dövrün başlanğıcıdır. “Altılı əməkdaşlıq platforması”, Zəngəzur dəhlizinin yaradılması kimi yeni əməkdaşlıq təşəbbüsləri də bunun təsdiqidir. Yeri gəlmişkən, Zəngəzur dəhlizi təkcə Ermənistanla Azərbaycanı birləşdirməyəcək, həm də Cənubi Qafqazın region olaraq mövqeyini gücləndirəcək. Üstəlik, bu dəhliz müxtəlif coğrafi və geosiyasi bölgələr arasında qarşılıqlı əlaqəni təmin edəcək. Maraqlıdır ki, prosesə Türkiyə ilə Rusiya da qoşulub. Bu, Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri asanlaşdıracaq. Odur ki, bölgədə çoxsaylı hadisələrin cərəyan etməsi, hətta “Qafqaz müqaviləsi”nin ortaya çıxa biləcəyinə dair müzakirələr sadəcə səs-küy deyil. Bütün bunlar daha böyük məna kəsb edir. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra irəliyə getmək, müharibədə məğlub olmuş Ermənistana mümkün qədər xoş yanaşmağa çalışdığının əlamətləri görünür. Bakı müharibədən sonra həqiqətən də çox güzəştə gedib. Məsələn, Ermənistan silahlı qüvvələrinə və işğal dövründə Kəlbəcərdə məskunlaşmış erməni mülki əhalisinə bu rayondan çıxmaları üçün əlavə 10 gün verilmişdi. Bundan başqa, Bakı 69 Ermənistan vətəndaşını və 1400 erməni əsgərinin cəsədini tərəddüd etmədən Yerevana qaytarıb. Azərbaycan yenə də xoş niyyət göstərərək, Qarabağın erməni əhalisinə humanitar yardımın çatdırılmasına kömək edib, digər bölgələrindən keçməklə oraya məhsulların daşınmasını asanlaşdırıb, Ermənistan vətəndaşlarına Gorus-Qafan avtomagistralının Azərbaycanın azad edilmiş ərazilərindən keçən hissəsindən istifadəsinə icazə verib və nəhayət, az önəm daşımayan məsələ – son 30 ildə ilk dəfə Rusiya qazının Azərbaycan vasitəsilə Ermənistana nəqli reallığa çevrilib. Bütün bunlara baxmayaraq, regionda sülh və əməkdaşlıq perspektivllərinə hələ də bəzi maneələr qalmaqdadır. Məsələn, Ermənistan üçtərəfli bəyanatın 4-cü maddəsini pozur. Bu müddəaya əsasən, Azərbaycan ərazilərindən ermənilərə aid bütün silahlı birləşmələr çıxarılmalıdır. Budan başqa, Yerevan Azərbaycanın ötən il noyabrın 10-dan sonra həyata keçirdiyi antiterror əməliyyatı çərçivəsində saxladığı şəxsləri hərbi əsirlər kimi təqdim edir, bununla bağlı Bakıya təzyiq göstərməyə çalışır. Ermənistan məsələni qəsdnən təhrif edir. Bu da son deyil. Bu yaxınlarda Qarabağ müharibəsi ilə bağlı son dərəcə ciddi müzakirələr başlayıb. Məlum olub ki, 44 günlük İkinci Qarabağ savaşı zamanı Azərbaycanın Şuşa şəhərinə “İsgəndər-M” raketləri atılıb. İndi onların hansı ölkədən atıldığı ətrafında müzakirə gedir. Raketin qalıqlarını bir müddət əvvəl Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) aşkarlayıb. Bununla da anlaşılmaz vəziyyət yaranıb. Raket Texnologiyalarına Nəzarət Rejiminə əsasən, bu ballistik raketin yalnız “İsgəndər-E” növü ixrac oluna bilər. Amma belə məlum olur ki, Rusiya istisna hal kimi, Ermənistana “İsgəndər-M” də tədarük edibmiş. Hər halda, Şuşada aşkar edilmiş raket qalıqları məhz “İsgəndər-M”ə aiddir. O isə yalnız Rusiyada ola bilər. Görünən odur ki, məsələnin qaranlıq tərəfləri var. Odur ki, məsələyə aydınlıq gətirilməyəcəyi təqdirdə çox təhlükəli fərziyyələr irəli sürülə bilər. Bir sözlə, bütün sadalananlar postmünaqişə dövründə rahatlıqla bərpa prosesinin başlanmasına əngəl törədir. Üstəlik, bir zamanlar Azərbaycanın işğal altında olan ərazilərinə qoyulmuş piyadalar əleyhinə minalar da ciddi təhlükədir. Bəzi hesablamalara əsasən, Ermənistan Dağlıq Qarabağ və ətraf rayonların minalanmasına 350 milyon dollar xərcləyib. Bu gün ANAMA azad edilmiş əraziləri minalardan, partlamamış digər sursatlardan təmizləməkdədir. İlkin hesablamalara görə, hərbi əməliyyatların keçirildiyi ərazilərin partlamamış sursatlar və raketlərdən təmizlənməsi üçün 5-6 il lazım olacaq. Minalanmış ərazilərin tamamilə təmizlənməsi üçün isə 10-13 il vaxt tələb oluna bilər. Doğrudur, bu işdə Azərbaycana Türkiyə, Rusiya və BMT daxil olmaqla, dost ölkələr, tərəfdaşları və beynəlxalq təşkilatlar da yardım göstərir. Məsələn, bəziləri bu işlərin görülməsi üçün maliyyə yardımı ayırır, bəziləri şəxsi heyətə təlim keçir, minatəmizləmə işləri ilə bağlı avadanlıqlar tədarük edir və s. Lakin bu, son dərəcə çətin və qeyri-standart işlərin öhdəsindən gəlməyə kifayət etmir. Hər halda, Azərbaycan Ermənistanla düşmənçiliyi arxada qoymaq, onunla əməkdaşlığa başlamaq üçün xoş niyyət nümayiş etdirir. Əvəzində Yerevan minalanmış ərazilərin xəritəsini belə, Bakıya təqdim etmir. Bu, problemi daha da dərinləşdirir. Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar keçirilən tədbirdə bildirib ki, Azərbaycan Ermənistandan minalanmış ərazilərin xəritələrini alıbmış, amma bu xəritələr... saxta imiş. “ANAMA bu koordinatlar əsasında heç nə tapa bilməyib. Bu isə o deməkdir ki, Ermənistan Azərbaycanı qəsdlə aldadıb”, - deyə H.Hacıyev bildirib. Görünən odur ki, Yerevanı piyadalar əleyhinə minaların zərərsizləşdirilməsi məsələsində əməkdaşlığa cəlb etmək alınmır. Hər halda, ötən dövr ərzində bu məsələdə heç bir irəliləyiş yoxdur. Halbuki, bu, son dərəcə əhəmiyyətli məsələdir. Bu məsələdə əməkdaşlıqdan imtina davamlı sülhə nail olmaq perspektivinə bir qədər də kölgə salır. Problemin Azərbaycanın Ermənistana birtərəfli güzəştləri fonunda həll olunmaması isə uzun illər düşmən olmuş bu iki dövlət arasında əməkdaşlıq imkanlarını da azaldır. Beynəlxalq konvesiyalara görə, piyadalar əleyhinə yerüstü minalardan istifadə qadağandı. Bu, minaların ən təhlükəli növüdür və mülki əhaliyə qarşı istifadə edilir. Hər il Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya kimi nüfuzlu təşkilatlar yerüstü minaların partlaması nəticəsində minlərlə mülki vətəndaşın öldüyü və ya yaralandığı haqda məlumat yayır. Azərbaycan da İkinci Qarabağ müharibəsindən sonra minaların partlaması nəticəsində onlarla mülki vətəndaşının, hərbçisinin, həmçinin rusiyalı sülhməramlıların həyatını itirdiyini, yaxud yaralandığını vildirir. Demək, minalı ərazilərin xəritəsi Bakıya vaxtında təqdim olunmazsa, qurbanların sayı daha da artacaq. Yerevan bir məsələni vaxtında anlamalıdır: dinc sakinlər müharibəni uduzaraq ümidsizliyə düçar olmuş rejimin qurbanı olmamalıdır. Bir sözlə, postmünaqişə dövründə aşkar problemlər mövcuddur və onların öhdəsindən gəlmək lazımdır. Hələ də həll edilməmiş problemlər mürəkkəb məsələlərdir. Odur ki, tərəflər şəffaf olmalı, əməkdaşlıq etməli və qarşılıqlı güzəştlərə getməlidir. Əlbəttə ki, keçmişin dəhşətlərindən uzaqlaşmaq kimi səmimi istək varsa... Bunu ötən il noyabrın 10-da imzalanmış, İkinci Qarabağ müharibəsinin dayandırılması ilə nəticələnmiş bəyanatın bütün tərəfləri etməlidir. Birtərəfli səylər müharibə və düşmənçiliyin nəticələrini aradan qaldırmağa kifayət etməyəcək. (İngilis dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar