Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
ABŞ prezidenti Cozef Baydenin 1915-ci il hadisələrini "soyqırım" adlandıran bəyanatı rəsmi Vaşinqton və Ankara arasında ikitərəfli əməkdaşlığı ciddi şəkildə pisləşdirəcək.
“Report” xəbər verir ki, bu barədə Amerika politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bildirib.
"ABŞ-dakı erməni diaspor qruplarının lehinə və Yerevandakı faşist rejimini dəstəkləyən bu açıqlama dünyada geniş yayılmış və erməni rejimi tərəfindən daxildə və xaricdə qondarma "erməni soyqırımı" ilə əlaqəli təşkil edilən dərin, kök salmış dezinformasiya kampaniyasının sübutudur", - P.Teys bildirib.
Onun sözlərinə görə, erməni təbliğatının hopdurulduğu Co Bayden ABŞ və Türkiyə arasında müdafiə əməkdaşlığına ciddi zərər vurub.
"Görünür prezident Bayden bu ölkələrin arasında mövcud olmuş hərbi əməkdaşlığa və irsə məhəl qoymur. ABŞ Prezidentinin qərarı münasibətlərdə ciddi çata səbəb olacaq və Brüsseldəki Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) rəhbərliyi altında müdafiə əməkdaşlığı çərçivəsini məhv edəcək", - o deyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar