Xəbər lenti


Türkiyədə meşə yanğınlarının söndürülməsi və qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə qardaş ölkəyə göndərilən Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrupun üzvləri Muğla vilayətinin Marmaris şəhərinin 11 kilometrliyində yerləşən böhran məntəqəsində alovla mübarizə aparırlar.

Axar.az xəbər verir ki, azərbaycanlı yanğınsöndürmə qrupu avqustun 1-də Bakı vaxtı ilə saat 10:00-da yerli qüvvələrlə birlikdə təyinat məntəqəsində işə başlayıb. Bu məntəqədə yanğınlar iyulun 28-də başlayıb.
FHN-in peşəkar və təcrübəli yanğınsöndürənlərindən ibarət 100 nəfərlik dəstənin üzvləri böhran məntəqəsində alovun yayılmasının qarşısının alınması və söndürülməsi üçün bütün imkanlardan istifadə edirlər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Ötən gün axşam saatlarında isə FHN-in daha bir yanğın-xilasetmə qrupu qardaş ölkəyə yola salınıb. İkinci qrupa 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir.



Ana səhifəyə qayıt        Baxış: 3 303          Tarix: 1-08-2021, 09:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma