Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
"Arsax müdafiə ordusunun komandanlığı Azərbaycan tərəfini əldə edilmiş razılaşmalara əməl etməyə və vəziyyətin daha da gərginləşməsindən çəkinməyə çağırır".
Ovqat.com xəbər verir ki, qondarma “DQR”-nin müdafiə ordusunun bu gün yaydığı bəyanatda belə deyilir.
Bəyanata görə, dünən Azərbaycan Silahlı Qüvvələri Şuşa yaxınlığında yerləşən Şoş-Mxitaraşen kəndləri istiqamətində atəşkəs rejimini pozub və erməni postlarını müxtəlif silahlardan atəşə tutub.
“Pozuntu avqustun 9-da saat 16:00-dan 22:00-dək baş verib. Azərbaycan bölmələri atıcı silahlardan başqa, tank əleyhinə qumbaraatanlardan da istifadə edib və erməni mövqelərinə 3 mərmi atıb. Erməni tərəfində heç bir itki yoxdur”, - bəyanatda belə deyilir.
Bəyanatda o da qeyd olunur ki, hadisə barədə məlumat Rusiya sülhməramlı kontingent komandanlığına verilib.
Ötən gün bu barədə məlumat yayan “DQR”-nin rəsmi Telegram səhifəsində bildirilirdi ki, atışmadan bir saat sonra rus “sülhməramlı”ları gəlib, foto çəkdirib, gediblər. Ağalarına nökərlik səviyyəsində yalvarışlı irad təsiri bağışlayan bu ifadədən sonra ermənilər çarəsizliklərini belə təsvir etmişdilər: “Biz belə yaşayırıq”.
Qondarma “DQR”-nın “yetkililəri” Azərbaycanı 10 noyabr Bəyanatının tələblərini yerinə yetirməyə çağıranda nədənsə unudurlar ki, bu sənəd onlarla yox, Ermənistanla bağlanıb. Və həmin bəyanatda Dağlıq Qarabağda erməni hərbi birliklərinin olmayacağı açıq şəkildə bildirilir:
“4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir”.
Göründüyü kimi, bu maddəyə əsasən, “DQR müdafiə ordusu”nun özü belə əldə edilən razılaşmanın pozulması deməkdir. Üstəlik, yenə həmin maddəyə görə, Qarabağda hər hansı erməni postları və ya mövqeləri qurula bilməz. Qurularsa, bu, 10 noyabr Bəyanatının şərtlərinin pozulmasına dəlalət edər və Azərbaycan ordusunun həmin qüvvələri zərərsizləşdirmək hüququ doğar. Bu məntiqlə, “biz belə yaşayırıq” deyən ermənilər nə qədər ki razılaşmalara əməl etmirlər, o cür yaşamağa da məhkumdurlar və buna görə kimisə yox, özlərini günahlandırsınlar.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar