Xəbər lenti

Bəşəriyyəti aclıqdan xilas etmək üçün "Tesla" şirkətinin səhmlərini satmağa hazıram.

Axar.az xəbər verir ki, bu sözləri “Tesla” və “SpeysX” şirkətlərinin sahibi İlon Mask Tvitter səhifəsində yazıb.

“BMT-nin Ümumdünya Ərzaq Proqramı 6 milyard dolların dünyanın aclıq problemini necə həll edəcəyini izah etsə, mən dərhal "Tesla" aksiyalarını satıb bu problemi həll etməyə hazıram. Lakin maliyyə hesabatı açıq olmalıdır ki, ictimaiyyət pulların hara xərcləndiyini görsün”, - deyə Mask bildirib.

Qeyd edək ki, BMT ÜƏP-in icraçı direktoru Devid Bizli dünyada aclıqla mübarizədə İlon Maskı yardım etməyə çağırıb. O bildirib ki, "Tesla" səhmlərinin cəmi 2 faizi (təqribən 6 milyard dollar - red.) aclıqla mübarizə üçün bəs edər.



Ana səhifəyə qayıt        Baxış: 2 967          Tarix: 31-10-2021, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma