Xəbər lenti

 
Məlum olduğu kimi, erməni əsirlərini almaq üçün Bakıya gələn rus generalı Rüstəm Muradovu əliboş geri qaytarmamaq üçün Azərbaycan yetkililəri 16 noyabrda  ölkəmizə hücum zamanı öldürülmüş düşmən hərbçisi Taroyan Saakyanın cənazəsini ona verərək təyyarə ilə yola salmışdı. Sözsüz ki, bu addım İrəvan və əsgər ailəsi tərəfindən Bakının xeyirxahlığı kimi qiymətləndirilməli və təşəkkür edilməli idi. Ən azı ona görə ki, ərazimizə soxulmağa çalışarkən öldürülmüş düşmən əsgərinin meyitinin 100 km-lərlə uzaqdan Bakıya gətirilib tabuta yerləşdirilərək təhvil verilməsi bir zəhmət tələb edirdi və Bakı təcavüzkar düşmənindən bu diqqəti əsirgəmişdi. 
 
Ovqat.com-un məlumatına görə, rəsmi Bakının bu insani münasibətindən belə öz mənfur niyyətləri üçün istifadə edən ermənilər məlum ölüm faktı üzərində qəhrəmanlıq nağılları uyduraraq Azərbaycanı qaralayan kampaniyaya çevirmək istəyiblər. Nəşi rus generalı vasitəsilə Ermənistana təhvil verilən hərbçisinin ailəsi və onun yaşadığı Koxb kəndinin muxtarı Arsen Ağababyan ermənilərin “Faktinfo” saytına açıqlama verərək Taroyan Saakyanın Azərbaycan əsgərləri tərəfindən əsir götürüldüyünü, daha sonra Bakıda işgəncə verilərək öldürüldüyünü bildirmişdilər. Erməni tərəfinin iddiasına görə, guya, 16 noyabr döyüşləri zamanı Azərbaycan tərəfindən düşmənə əsir düşənlər olmuş və hərbi rəhbərliyin tələbi ilə baş leytenant Taroyan Saakyan həmin əsirləri Azərbaycana qaytararkən özü əsir götürülmüşdü. Guya erməni zabiti çox vətənpərvər olduğundan əsirlikdə ona Ermənistan əleyhinə fikirlər səsləndirməsi tələb edilmiş, o isə bu tələbləri yerinə yetirmədiyi üçün ağır işgəncələrə məruz qalmış və öldürülmüşdü.


 
Maraqlıdır ki, üzərindən az keçməmiş Faktinfo saytı məlumatı təkzib etmək məcburiyyətində qalmışdı. Sayta yenidən açıqlama verən Arsen Ağababyan və öldürülmüş erməni zabitin qardaşı Roman Saakyan iddiaların təkzib olunmasını xahiş etmişlər.
 
"Xahiş edirəm, materialda əksini tapan məlumatları təkzib edəsiniz. Əslində ölüm hadisəsi tamamilə başqa səbəblərdən baş verib. Taroyanın atası ilə də danışmışam. Təkzibi mənim adımdan dərc edin. Bu, etibarsız məlumatdır. O, əsir götürülməyib. Atasının dediyinə görə, hər şey tamam başqa cür olub, Taroyan tutulmayıb. Meyitdə işgəncə izi yoxdur. Dostlarım ordadır. Zəng edib dedilər ki, meyitin üzərində işgəncəyə dair hər hansı izə rast gəlinməyib. Mən xahiş edərdim ki, təkzib dərc edəsiniz”, – Koqb kəndinin rəhbəri Arsen Ağababyan sayta açıqlamasında bildirib.
 
Öldürülmüş baş leytenantın qardaşı Roman Saakyan da “Faktİnfo”nun redaksiyasına müraciət edərək qardaşına işgəncə verilmədiyini, hətta əsir götürülmədiyini deyib: "Ona işgəncə verilməyib, cəsədini tanımaq mümkün olub, bədənində heç nə olmayıb. O, ürəyindən qəlpə yarası alıb".
 
Erməni mediasının əvvəl yalandan nağıl uydurması və sonra bunu təkzib etmək məcburiyyətində qalması yalnız bir səbəblə izah olunur: rəsmi Bakı düşmənin bu bəd niyyətinə etiraz etmiş və bundan sonra əsirlərin geri qaytarılması barədə hər hansı danışıqların aparılmayacağını Moskvanın diqqətinə çatdırıb. Moskva da, görünür, erməni yetkilərindən bu cür xain planlardan əl çəkmələrini, əks halda qarşılaşacağı problemlərlə bağlı bir daha rus rəsmilərinə telefon açıb yalvarmamalarını tələb edib.


Ana səhifəyə qayıt        Baxış: 6 020          Tarix: 19-11-2021, 07:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma