Xəbər lenti

 
Rus "sülhməramlı" generalı Rüstəm Muradovun səlahiyyət müddəti daha iki ay uzadıldı.
 
Ovqat.com-un məlumatına görə, ermənilərin Moskvadan xahiş minnəti nəzərə alınaraq bu qərar verilib.
 
Qeyd edək ki, ermənilər yeni generalın etnik kimliyini bəyənməmiş və əslən özbək olan Abdiyevin tərəf tutacağı qorxusuna qapılmışdılar.
 
Qanunvericiliyə əsasən, “sülhməramlı” komandanı 6 ay müddətinə təyin olunur və tərəflərin razılığı olarsa bu müddət artırıla bilər. Ermənilər adı və soyadı Azərbaycanlılara bənzədiyindən Rüstəm Muradovun hər hərəkətində tərəfkeşlik amilləri axtardığından onun əvəzlənməsini istəyirdilər. Rusiya da “strateji müttəfiqlərinin” həssasiyyətini nəzərə alıb Rüstəm Muradovu general-leytenant Aleksey Abdiyevlə əvəz etməyə qərar vermişdi. Görünür, adı xristiana, familiyası müsəlmana bənzəməsi hər iki tərəfi razı salmağa hesablanmışdı. Di gəl ki, yeni “sülhpərvər” komandanın ermənilər üçün bir əmması ortaya çıxmışdı: sir-sifətdən özbəyə oxşayırdı. Ermənilərin araşdırması nəticəsində məlum olmuşdu ki, Abdiyevin genində həqiqətən özbək qanı var. Görünən budur ki, bu da erməniləri xeyli narahat etdiyindən Moskvaya növbəti dəfə saqqal tutmalarına yol açıb. Özbəklər türk soylu olduğundan ən yaxşısı, köhnə generaldır, məntiqilə.
 
Maraqlıdır ki, bu gün Rüstəm Muradovun tələm-tələsik öz funksiyasını xələfinə verib aradan çıxdığı, Abdiyevin isə artıq işə başladığı bildirilirdi. Deyəsən, ermənilərin nazıyla oynayan Moskva köhnə generalı yenidən vəzifə başına göndərməli olacaq.


Ana səhifəyə qayıt        Baxış: 5 503          Tarix: 13-05-2021, 21:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma