Xəbər lenti

 
“Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi prosesi sıfırdan başlayacaq”.
 
Ovqat.com-un məlumatına görə, Ermənistan parlamentinin Təhlükəsizlik və Müdafiə komissiyasının rəhbəri Andranik Köçəryan jurnalistlərə açıqlamasında bildirib.
 
O qeyd edib ki, danışıqların məxfiliyi zəruridir, çünki sərhəddə qüvvələrin yerləşməsi müzakirə olunur və atışma üçün yeni səbəblər ortaya çıxmasın deyə proses son dərəcə diqqətlə aparılmalıdır.
 
Erməni tərəfi demarkasiyaya hazırlıq mərhələsi üzrə işə başlamaq barədə razılığa gəldiyini deyən deputat qeyd edib ki, bunu Rusiyanın da diqqətinə çatdırıblar.
 
Xarici əlaqələr komissiyasının rəhbəri Eduard Ağacanyan da həmkarının fikrini təsdiqləyib. Bildirib ki, bir sıra texniki məsələlər üzrə razılıq əldə edildikdən sonra Ermənistan tərəfi müvafiq komissiyanın yaradılmasına və əsas işə başlamağa hazırdır.


Ana səhifəyə qayıt        Baxış: 5 914          Tarix: 19-11-2021, 11:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma